Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2020
14:10
“Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, “Abituriyent” jurnalının xüsusi buraxılışında qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarlarını və balların hesablanma qaydasını dərc edib (Azərbaycan və rus dilində). 

Jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib. DİM-in saytında isə müvafiq audiofayllar yerləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər. 

Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

• Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

• Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Məqalədə : Abituriyent 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
551

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
446

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
682

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
533

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
445
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 19:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru