Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2020
12:02
Həzərət Peyğəmbər qızının başına gətiriləcək müsibətlər barədə

Peyğəmbəri-Əkrəmin (s) öz sevimli qızı xanım Fatimeyi-Zəhraya (ə.s.) məhəbbət və ehtiramı yalnız atalıq hisslərindən qaynaqlanmırdı. O həzrət qızına böyük gözlə baxır, böyük məqam sahibi bilirdı. Çünki onda bir çox məziyyət və fəzilətlər müşahidə etmişdi.

Peyğəmbəri-Əkrəmin (s) qızı Fatimeyi-Zəhraya (ə.s.) olan məhəbbətini öz dilinə gətirməsi və “Fatimətu əhəbbul-xəlqi iləyyə! Fatimətu əəzzun-nasi ələyyə!” (Mənim üçün ən sevimli və ən əziz kəs Fatimədir!) – deyə buyurması ilə onun uca məqamını insanlara tanıtdırmaq istəyirdi. Çünki o həzrət özündən az sonra əziz qızının başına olmazın zülmlərinin gətiriləcəyini yaxşı bilirdi. Peyğəmbər (s) insanlara höccəti tamamlamaq istəyirdi ki, heç kim bəhanə gətirə bilməsin, heç kim deyə bilməsin ki, Zəhranı (ə.s.) tanımadıq. Elə bu məqsədlə Peyğəmbər (s) onun haqqında buyurur:

مَنْ عَرَفَ هذِهِ فَقَدْ عَرَفَها وَمْنَ لَمْ یَعْرِفْها فَهِىَ فاطِمَةُ بِنْتَ محُمَّدٍ وَ هِىَ بَضْعَةُ مِنّى ، وَ هِىَ قَلْبى، وَ رُوحى اَلّتى بَیْنَ جَنْبى ، فَمَنْ آذاها فَقَدْ آذانى وَ مَنْ آذانى فَقَد آذى اللّه تَعالى

“Onu tanıyan tanıyır, tanımayan tanısın: “O, Muhəmmədin qızı Fatimədir, mənim bədənim bir parçasıdır, mənim ürəyimdir və vücudumun ruhudur. Onu incidən, həqiqətən, məni incitmiş və məni incidən isə, həqiqətən, Allah-Taalanı incitmişdir.” (Kəşful-ğummə”, 1-ci cild, səh.466.)

Başqa bir hədisdə isə belə buyurur:

و أمّا ابنَتي فاطمةُ فهِيَ سيّدةُ نِساءِالعالَمينَ مِن الأوّلِينَ والآخِرِينَ، وَ هِىَ بَضْعَةُ مِنّى وهي نورُ عَيْني وثَمَرةُ فُؤادي و هی روحی التی بین جنبیّ

“Amma qızım Fatimə! Həqiqətən, o, əvvəlindən sonuna qədər dünya qadınlarının sərvəridir. Mənim bədənim bir parçasıdır, gözümün işığıdır, qəlbimin meyvəsidir və vücudumun ruhudur.”

و هی الحوراء الإنسیة متى قامَت في مِحرابِها بین یدی ربها (جل جلاله) زَهَر نورُها لملائکة السموات ، كَما يَزهَر نورُ الكواكبِ لأهلِ الأرضِ

“O, insan simasında bir huridir. İbadət mehrabında, Rəbbinin hüzurunda durarkən, nuru səma mələkləri üçün parlayar, necə ki, ulduzların nuru yer əhli üçün parlayır.”

ويقول الله عز وجل لملائكته :يا ملائكتي انظروا إلى أَمتي فاطمة سيدة إمائي ، قائمة بين يديّ، ترتعد فرائصها من خيفتي ، وقد أقبلتْ بقلبها على عبادتي ، أُشهدكم أني قد أمنت شيعتها من النار

Allah-Taala mələklərinə buyurar: “Ey Mənim mələklərim! Xalis kənizim (bəndəm) və kənizlərimin sərvəri Fatiməyə baxın, görün Mənim dərgahımda necə dayanıb? Məndən qorxduğu üçün necə də bədəni titrəyir? Bütün qəlbi ilə necə də Mənə ibadət edir? Sizi şahid tuturam ki, onun şiələrini cəhənnəm odundan amanda saxlayacağam!”

Peyğəmbəri-Əkrəm (s) bundan sonra buyurdu:

وَ أَنِّي لَمَّا رَأَيْتُهَا ذَكَرْتُ مَا يُصْنَعُ بِهَا بَعْدِي كَأَنِّي بِهَا وَ قَدْ دَخَلَ الذُّلُّ في بَيْتَهَا وَ انْتُهِكَتْ حُرْمَتُهَا وَ غُصِبَتْ حَقَّهَا وَ مُنِعَتْ‏ إِرْثَهَا وَ كُسِرَ جَنْبُهَا [وَ كُسِرَتْ جَنْبَتُهَا] وَ أَسْقَطَتْ جَنِينَهَا وَ هِيَ تُنَادِي يَا مُحَمَّدَاهْ فَلَا تُجَابُ وَ تَسْتَغِيثُ فَلَا تُغَاثُ ... فَتَكُونُ أَوَّلَ مَنْ يَلْحَقُنِي مِنْ أَهْلِ بَيْتِي فَتَقْدَمُ عَلَيَّ مَحْزُونَةً مَكْرُوبَةً مَغْمُومَةً مَغْصُوبَةً مَقْتُولَة

“Hər zaman Fatiməni görəndə, özümdən sonra onun başına gətiriləcək hadisələri xatırlayıram, sanki çətinliklərin onun evinə üz gətirdiyini, hörmətinin tapdalandığını, haqqının qəsb edildiyini, öz irsindən məhrum edildiyini, qabırğasının sındırıldığını, bətnindəki uşağın siqt edildiyini, “Ey Muhəmməd!” deyə nalə etdiyini, lakin heç kimin ona cavab vermədiyini, fəryad edərək kömək istədiyini, ancaq heç kimin onun fəryadına yetmədiyini görürəm! O, Əhli-beytimin arasından qəmli, müsibətli, haqqı qəsb olunmuş və qətlə yetirilmiş halda mənə qovuşacaq ilk şəxsdir.”

فَأَقُولُ عِنْدَ ذَلِكَ اللَّهُمَّ الْعَنْ مَنْ ظَلَمَهَا وَ عَاقِبْ مَنْ غَصَبَهَا وَ ذَلِّلْ مَنْ أَذَلَّهَا وَ خَلِّدْ فِي نَارِكَ مَنْ ضَرَبَ جَنْبَهَا حَتَّى أَلْقَتْ وَلَدَهَا فَتَقُولُ الْمَلَائِكَةُ عِنْدَ ذَلِكَ آمِين‏

Mən o zaman deyərəm: “İlahi! Ona zülm edənlərə lənət et, onun haqqını qəsb edənləri cəzalandır, onu xar edənləri xar et, övladının siqt olmasına səbəb olanları cəhənnəmində əbədi saxla.” Bu zaman mələklər “amin” deyər! (“Əmali”, Şeyx Səduq, 24-cü məclis, hədis 2.)

Rza Şükürlü (Maide.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
12235

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
10930

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
12384

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
11968

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
17325

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
11766

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
11945
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-08-2020 18:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru