Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Yanvar

2020
09:33
Taksi sürücüsünün avtomobilini alıb qaçan quldur dəstə saxlanılıb

Bakıda quldurluq yolu ilə avtomobil ələ keçirməkdə şübhəli bilinən şəxslər müəyyən olunaraq saxlanılıb.

Yanvarın 27-də saat 04:00 radələrində Yasamal rayonu, A.M.Şərifzadə küçəsində 2 nəfər naməlum şəxs Bakı şəhər sakini, 1969-cü il təvəllüdlü X.Səfərovun baş nahiyyəsindən vurmaqla, taksi kimi idarə etdiyi “Şevrolet” markalı avtomobilin ələ keçirilməsi ilə bağlı 102- Zəng Mərkəzinə müraciət daxil olub.

Daxil olan müraciət əsasında Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi, Yasamal RPİ Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti və 29 Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinənlər – Siyəzən rayon sakinləri, əvvəllər CM-nin 177-ci maddəsi ilə məhkum olunan 2000-ci il təvəllüdlü Tehran Güləliyev, 2002-ci il təvəllüdlü Elşad Paşayev və 1996-cı il təvəllüdlü İlham Sultanov yanvarın 28-də gecə saatlarında avtomobillə birlikdə saxlanılıblar.

Şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə : oğurluq quldur dəstəsi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46951

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45105

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46710

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46345

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51841

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45965

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46508
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 08:37





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru