Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2020
16:00
Koronavirus epidemiyasına qarşı tədbirlərin görülməsinə dair müşavirə keçirilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.

Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edildi:

- sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;

- ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;

- xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;

- səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;

- virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;

- vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.

Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir. O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur. Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması qərarı qəbul edilib. Tədbirlərin görülməsində Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyyələri nəzərə alınır.

Azərbaycanın ÇXR-dəkı səfirliyi və ÇXR-in Azərbaycandakı səfirliyi ilə sıx əlaqə saxlanılır. Habelə, Azərbaycanın Çindəki səfirliyi ÇXR-in dövlət qurumları və Çində olan Azərbaycan vətəndaşları ilə daimi təmasdadır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

22 fevral tarixiniə olan hava proqnozu

21

Fevral
13:36
ÖLKƏ
249

Sanders: Tramp diktaturaya kömək edir

21

Fevral
11:19
DÜNYA
259

Bakıda yeni tunel çəkilə bilər

21

Fevral
11:00
NƏQLİYYAT
470

Kolleclərə tələbə qəbulu elan edildi

21

Fevral
10:45
ELM / TƏHSİL
259

Azərbaycanda daha bir vəzifəli şəxs tutuldu

21

Fevral
10:30
HÜQUQ,HADİSƏ
1365

Azərbaycanda bu sahədə maaş 3 min manatdan çoxdur

21

Fevral
10:25
İQTİSADİYYAT
447

İtkin düşmüş 5 nəfər tapılıb - RƏSMİ

21

Fevral
09:50
HÜQUQ,HADİSƏ
343

Qonaq getdikləri evdə dəm qazından öldülər

21

Fevral
09:45
HÜQUQ,HADİSƏ
383

Xarici valyutaların manata qarşı məzənnələri

21

Fevral
09:40
İQTİSADİYYAT
342
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-02-2020 14:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru