Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Yanvar

2020
13:40
“Azərişıq”da yenilik: Rəqəmsal texnologiyalar üzərindən interaktiv müsahibə

Kadr seçimində şəffaflığın təmin edilməsi, innovativ və texnoloji metodlardan istifadə edərək daha peşəkar kadrların işə cəlb olunması istiqamətində uğurlu fəaliyyət xətti seçən “Azərişıq” ASC-də interaktiv müsahibələr davam edir. Regionlar üzrə Səhmdar Cəmiyyətə işə qəbul üçün müraciətlərin elektronlaşdırılması və rəqəmsal texnologiyalar üzərindən təşkil edilməsinin məntiqi davamı olaraq keçirilən müsahibələr ilk dəfə olaraq teleprezent sistemi ilə keçirilir. Həftədə bir dəfə həyata keçirilən bu yenilik birbaşa olaraq kadr siyasətində şəffaflıq və əlçatanlığın təmin edilməsinə xidmət edir.

 “Azərişıq” ASC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, Azərbaycanın istənilən bölgəsində iş üçün müraciət edən gənclər paytaxta gəlmədən, yaşadıqları şəhər və rayonlarda yerləşən Avtomatik İdarəetmə Mərkəzlərində birbaşa bağlantı ilə mərkəzə qoşulur, müsahibədə iştirak edirlər. Bununla da onlar yaşadıqları ərazini tərk etmir, həm zaman itkisinə yol vermir, həm də yol üçün əlavə xərc çəkmiş olmurlar. Bu operativliyin və işə qəbulda şəffaflığın təmin edilməsi üçün uğurlu vasitə hesab olunur.

Bu ildən tətbiq edilən teleprezent sistemi ilə müsahibə artıq 3 dəfə keçirilib. Xatırladaq ki, ötən ildən başlayaraq “Azərişıq” ASC-də işlə təmin olunmaq üçün müraciət elektron qaydada aparılır. İşə Qəbul Komissiyası tərəfindən mütəmadi təşkil edilən müsahibələrdə və Tədris Mərkəzi kurslarında müvəffəqiyyət qazanan namizədlər ASC-nin Kadr Ehtiyat Bankına daxil edilir, elektron növbə sistemi ilə işlə təmin edilirlər.

Qeyd edək ki, “Azərişıq” ASC-nin hazırda Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, İmişli şəhərlərində Tədris Mərkəzləri fəaliyyət göstərir. Gələcəkdə Tədris Mərkəzlərinin digər şəhər və rayonlarda da açılması planlaşdırılır. Mərkəzlərdə müəllim və professor heyəti tərəfindən ASC əməkdaşlarına ən son texnoloji yeniliklərin imkanlarından yararlanaraq yeni praktik biliklər tədris olunur.

Məqalədə : Azərişıq 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47472

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45640

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47261

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46850

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52381

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46517

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46931
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-10-2020 03:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru