Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Yanvar

2020
19:00
Ağciyər institunda reanimatoloq yoxdur

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda cəmi bir reanimatoloq var, o da səhhəti ilə bağlı mütəmadi işdə olmur.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi İman Rzayev Ağciyər institutunda son zamanlar ölüm hallarının artmasına və həkim səhlənkarlığı iddialarına cavab verib. İ.Rzayev hazırda xəstəxanada həkim-reanimatoloqun olmadığına dair faktı təsdiq edib:

“Bu gün xəstəxanada yalnız bir reanimatoloq çalışır, o da Fikrət həkimdir. Təəssüf ki, Fikrət həkim səhhəti ilə bağlı olaraq mütəmadi şəkildə xəstəxanada olmur. Amma kritik hallar olduğunda onunla əlaqə saxlayırıq, bizə yardım göstərir. Ondan başqa hazırda xəstəxanada başqa reanimatoloq çalışmır. Bu vəzifə üzrə hazırda 6 vakant yerimiz var. Bununla bağlı elan verməyimizə baxmayraq, müraciət edənlər demək olar ki, yoxdur. Fikrət həkim isə ayın 7-si rəsmi olaraq işə çıxacaq və qrafik üzrə fəaliyyətini davam etdirəcək”.

İ.Rzayev xəstələrə növbətçi həkimlərin nəzarət etdiyini də qeyd edib. 

Xatırladaq ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanvarın 22-də daha bir xəstə vəfat edib. Bir neçə xəstəlikdən əziyyət çəkən 1951-ci il təvəllüdlü S.Z. ağır vəziyyətdə (ağciyərin xroniki-obstruktiv xəstəliyi diaqnozu ilə) yanvar ayının 11-i xəstəxanaya müraciət edib. 10 gün müddətinə müalicə almasına, göstərilən tibbi yardımlara baxmayaraq vəfat edib.

Məqalədə : Ağciyər institu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əfqanıstanda bombalı hücum baş verib

26

Fevral
18:10
DÜNYA
205

Azərbaycan balı ucuzlaşacaq

26

Fevral
17:35
İQTİSADİYYAT
382

Fevralın 27-nə manatın məzənnəsi

26

Fevral
17:30
İQTİSADİYYAT
250

Adam öldürüb 25 il gizləndi

26

Fevral
16:57
DÜNYA
347

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib

26

Fevral
16:10
HÜQUQ,HADİSƏ
2064

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

26

Fevral
15:11
İQTİSADİYYAT
429
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 05:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru