Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 Yanvar

2020
09:41
Özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edilib

Sabirabad rayonunda özünü mühafizə xidmətinin rəisi kimi təqdim edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən FaktXəbər-ə verilən məlumata görə, “Kanal13”ün “Yutub” sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim edən Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə video paylaşılıb.

Bildirilib ki, hələ ötən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs DİN-ə müraciət ediblər. Dərhal məsələ araşdırılıb və təsdiqini tapıb: "Odur ki, 25.11.2019-cu il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin (CM) 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Bundan 2 gün sonra Baba Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fürsətdən istifadə edərək Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad Rayon Polis Şöbəsinə müraciət edə bilərlər".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 28-nə manatın məzənnəsi

27

Fevral
17:40
İQTİSADİYYAT
233

Metroda qatarların fəaliyyəti bərpa edildi

27

Fevral
17:20
NƏQLİYYAT
286

Bakıda metroda problem: Qatarlar tuneldə qaldı

27

Fevral
16:31
NƏQLİYYAT
472

Koronavirus artıq İsraildə

27

Fevral
16:15
DÜNYA
319

Azərbaycanda hiddət doğuran görüntü - VİDEO

27

Fevral
16:07
HÜQUQ,HADİSƏ
601

Neft anti-rekorda gedir

27

Fevral
14:55
İQTİSADİYYAT
382

Müəllimlərin işə qəbulu başlayır

27

Fevral
14:21
ELM / TƏHSİL
2695
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 21:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru