Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2020
13:48
Bakı polisi insanlara bıçaqla hücumla bağlı yayılan məlumatlara münasibət bildirib

Bakı şəhər Baş Polis İdarəsi Bakıda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

FaktXəbər-in Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyevə istinadən bildirir ki, yayılan məlumatlar əsassızdır:

"Bakıda restorandan çıxan şəxsin ətrafdakı insanlara bıçaqla hücum etməsi ilə bağlı yayılan məlumatlar əsassızdır. Tərəflər arasında yaranan mübahisə Əhməd Rəcəbli küçəsində avtomobil yolunda sürücülərin bir-birinə yol verməməsi üstündə baş verib. Bıçaqla hücüm edilməsi faktı təsdiqini tapmayıb.

Fakt üzrə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılır. Araşdırmanının nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir".

E.Hacıyev jurnalistlərə tövsiyə edib ki, bu və ya digər halda polisin fəaiyyət sahəsinə dair məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü dəqiqləşdirsinlər:

"Jurnalistlərin sualları 24 saat ərzində hər hansı bir məhdudiyyət yaradılmadan tərəfimizdən cavablandırılır".

Qeyd edək ki, mətbuatda yer alan məlumatlarda mübahisənin Əhməd Rəcəbli küçəsində yerləşən “Karvan Pub”da düşdüyü və davanın həmin iaşə obyektin qarşısında baş verdiyi bildirilirdi.

Məqalədə : cinayət hadisə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Neft anti-rekorda gedir

27

Fevral
14:55
İQTİSADİYYAT
234

Müəllimlərin işə qəbulu başlayır

27

Fevral
14:21
ELM / TƏHSİL
579

Koronavirus Ukraynada da aşkar edildi

27

Fevral
14:08
DÜNYA
198
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 15:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru