Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2020
12:40
DYP sürücülərə müraciət edib

Hava şəraitinin dəyişməsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciət edib.

Bu barədə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departmantinin verdiyi məlumata əsasən, hava şəraitinin dəyişərək temperaturun 4-6 dərəcə enməsi, küləkli və yağmurlu keçməsi ilə əlaqədar yollarda meydana gələ biləcək yol qəzaları və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin diqqətinə çatdırır ki, bu günlərdə yollarda sükün arxasında son dərəcə diqqətli və ehtiyatlı olmalı, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümükün qədər həmin ərazilərdə istifadə etməməli, küləkli havada tunellərdən və yolun kənarları qapalı olan hissəsindən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının da yüksək olmasını nəzərə alaraq meteoroloji şəraitə uyğu sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini prklayarkən ağacların, iri həcmli reklam lövhələrinin, habelə küləyin təsiri nəticəsində aşma, yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar", - o bildirib.

Məqalədə : DYP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müəllimlərin işə qəbulu başlayır

27

Fevral
14:21
ELM / TƏHSİL
203

Koronavirus Ukraynada da aşkar edildi

27

Fevral
14:08
DÜNYA
141

Yol polisi piyadalara çağırış etdi

27

Fevral
11:10
NƏQLİYYAT
246
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 14:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru