Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Yanvar

2020
10:02
Bu ərazilərdə qaz olmayacaq

“Azəriqaz” İstehsalat Birliyi Bakı şəhəri və paytaxt ətrafında aparılan quruculuq və abadlıq işləri çərçivəsində tərtib olunan proqram əsasında qaz təchizatı şəbəkəsində müəyyən dəyişikliklər edir.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən daxil olan məlumatda deyilir.

Belə ki, bu gün Bakı-Sumqayıt yolunun sol tərəfində “Ekologiya” postu kimi tanıdığımız Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün yaxınlığında yolun genişləndirilməsi ilə bağlı diametri 273 mm olan mövcud orta təzyiqli qaz xətti təhlükəsiz əraziyə köçürüləcək.

Bu işin icrası zamanı yanvarın 23-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu, Xırdalan kəndi, “Mexkalon” yaşayış massivində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşlər tamamlanan kimi qaz təchizatının tez bir zamanda bərpası təmin ediləcək.

Məqalədə : qaz 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
81

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
241

Vilayət Eyvazov mayoru rəis təyin etdi

28

Fevral
11:38
HÜQUQ,HADİSƏ
339

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

28

Fevral
10:28
ELM / TƏHSİL
349
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-02-2020 16:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru