Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2020
17:36
AXCP üzvü döyülübmü? - DİN-dən rəsmi cavab

Daxili İşlər Nazirliyi (DİN) inzibati qaydada həbs edilən AXCP üzvü Əlizamin Salayevin işgəncəyə məruz qalması ilə bağlı iddialara cavab verib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, sosial şəbəkələrdə bu barədə yayılan məlumatlar yalandır: “Bir qrup adını çəkmək istəmədiyim şəxslər var ki, onlar cinayət törədən, qayda-qanunu pozan vətəndaşı müdafiə etməyi özlərinə peşə seçiblər. Bu gün də həmin şəxslər paytaxtın Səbail rayonu ərazisində sərxoş vəziyyətdə ictimai asayişi pozaraq polisin qanuni tələblərinə tabe olmadığı üçün məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunan Əlizamin Salayevin ətrafında şou yaradırlar. Qəti şəkildə bildirirəm ki, Əlizamin Salayevin saxlanma şəraiti, həmçinin ona qarşı təzyiqlərin olması və işgəncəyə məruz qalması barədə səsləndirilən iddialar əsassızdır. İnzibati qaydada həbs olunan Əlizamin Salayev bu gün vəkili Cavad Cavadlı ilə görüşüb. Vəkili onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıb. Hətta bu gün Əlizamin Salayevin oğluna zəng edilərək atası ilə görüşməsi təklif olunub. Oğlu isə işi olduğu üçün sabah görüşə biləcəyini deyib. Bir daha qeyd edirəm ki, sosial şəbəkələrdə yayılan məlumatarın heç bir əsası yoxdur və yalandır”.

Qeyd edək ki, sosial şəbəkələrdə inzibati qaydada həbsdə olan AXCP üzvü Əlizamin Salayevin saxlanma yerində işgəncəyə məruz qalmasına dair xəbərlər yayılıb.

Məqalədə : DİN AXCP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3485

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2018

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1771
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 19:09



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru