Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2020
17:02
Azərbaycanda məktəbli geyimləri necə olmalıdır?

2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihəyə dair ictimai rəyin öyrənilməsinə başlanılır.

FaktXəbər-in Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq.

Geyim formaları elementlərinin aşağıdakı rənglərdə hazırlanması nəzərdə tutulur:

- Ətək və şalvar - qara, tünd qəhvəyi, tünd boz, tünd göy və qəhvəyi-yaşıl;

- Köynək - ağ, dəri, mavi, açıq yaşıl və açıq sarı;

- Jaket - tünd boz, qəhvəyi, tünd göy, tünd yaşıl və açıq gəhvəyi.

Geyim formasının rəngi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən ediləcək. Ümumi təhsil müəssisəsində yalnız bir geyim forması tətbiq edilə bilər. Dövlət ümumi təhsil müəssisələrinin şagirdləri məktəbdə və təntənəli məktəb tədbirlərində (məktəbdən kənarda olsalar da belə) müəyyən edilmiş geyim formasını geyinməlidirlər.

Layihə ilə bağlı rəy və təkliflər 31 yanvar 2020-ci il tarixinədək mövzu bölməsinə “Məktəbli forması” yazılmaqla [email protected] elektron poçtuna göndərilə bilər.

Təhsil Nazirliyi valideynləri, şagirdləri, müəllimləri, müxtəlif ictimai birlikləri və bütün maraqlı tərəfləri müzakirəyə çıxarılmış məktəbli formasının layihəsinə dair rəy, irad və təkliflərin göndərilməsində fəal olmağa dəvət edir.

Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri belədir.

Məqalədə : məktəbli geyimləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3480

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2018

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1771
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 18:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru