Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2020
16:56
Prezident seçkilərdən danışdı

“2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri üzrə formalaşdırılacaq Azərbaycan parlamentinin yeni tərkibi ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsi olacaq”.

FaktXəbər “İnterfaks Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Davos Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda bildirib.

“Gələn ay əhalinin etibar etdiyi adamları seçmələrini təmin etmək üçün erkən parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra parlament islahatların çox vacib bir hissəsi olacaq”, - deyə İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycan qonşu ölkələrlə bağlı dostluq siyasəti yürüdür, “amma milli maraqlar hər şeydən üstündür”.

“Biz siyasi-iqtisadi sahədə çox ciddi islahatlar aparmağa müvəffəq olduq. Nailiyyətlərimiz Ümumdünya İqtisadi Forumun qiymətləndirilməsi və Davos Forumun işində öz əksini tapıb. İnfrastruktur, yolların keyfiyyəti sahələrində- bu göstərici üzrə dünyada 27-ci yerdəyik, çox nailiyyət əldə etdik”, - deyə Azərbaycan Prezidenti söyləyib.

İlham Əliyev həyata keçirilən islahatlar çərçivəsində hökumətin tərkibinin yeniləndiyini bildirib:

“Hökumətdə yeni simalar var. Onlar müasir dünyagörüşləri olan yüksək təhsilli gənclərdir. Mən dəfələrlə demişəm ki, XXI əsrdə müvəffəqiyyət əldə etmək yalnız XX əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də Prezident Administrasiyasında yeni insanlar lazımdır. Burada həmçinin böyük dəyişikliklər baş verib”.

Qeyd edək ki, Davos Dünya İqtisadi Forumu yanvarın 21-də başlayıb və yanvarın 24-dək davam edəcək.

Məqalədə : Prezident seçkilər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4244

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2949

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2370

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1990
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 16:23



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru