Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2020
16:04
Azərbaycan icması erməni təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib

Rusiyadakı Azərbaycan icması erməni təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib

Rusiyadakı erməni diasporu növbəti dəfə Azərbaycana qarşı təxribata hazırlaşır.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, erməni diasporu yanvarın 26-da paytaxtdakı “Pobeda” kinoteatrında əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun “tarixi Ermənistan” torpağı olduğunu iddia edən “Sehirli Aran ölkəsi” (“Mistiçeskaya strana Aran”) adlı filmin nümayişini keçirməyə hazırlaşır.

Bununla əlaqədar Azərbaycan İcması filmin təxribat xarakterli olması və Rusiya Federasiyası ərazisində millətlərarası münaqişəni qızışdırmaq və separatçılıq ideyalarını təbliğ etməsi ilə bağlı Moskva hökumətinə müraciət edib.

Azərbaycan İcmasının sədri Şamil Tağıyevin adından Moskva hökumətinin Mədəniyyət Departamentinə ünvanlanan müraciətdə filmin nümayişindən imtina edilməsinə çağırış edilib.

Əks təqdirdə Rusiya Xarici İşlər Nazirliyinə və müvafiq dövlət orqanlarına müraciət olunacağı bildirilib. 

Məqalədə : təxribat 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3475

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2012

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1771
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 18:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru