
“4-5 yaşlı uşağa enerji içkisi verən valideyn hara baxır? Nəinki enerji içkiləri, rəngli, qazlı sular da azyaşlı uşaqların orqanizminə zərərlidir. Adminstrativ qaydalarla bu problemin qarşısını almaq olmaz. Övladlarının sağlamlığını düşünmələri üçün valideynlərə qanun lazımdır?”
Bunu pediatr Vaqif Qarayev bildirib.
O, son vaxtlar azyaşlı uşaqlar arasında enerji içkilərinə qarşı marağın artmasından narahat olduğunu deyib.
Pediatr bildirib ki, insanlar həkimlərin tövsiyələrinə yox, enerji içkilərinin satışında maraqlı olan şəxslərin sözlərinə qulaq asırlar:
“Bu mövzu dəfələrlə müzakirə olunub. Amma aydın olmayan məqamlar çoxdur. Ekspertlər həkimlərin fikirlərinin əksinə olaraq, enerji içkilərinin tərkibindəki kofein miqdarının norma çərçivəsində olduğunu deyirlər. Hətta bunu çayın tərkibindəki kofeinin miqdarı ilə müqayisə edirlər.
Təbii ki, bu müqayisə kökündən yanlışdır. Enerji içkilərinin tərkibində kofein maddəsinin miqdarının norma çərçivəsində olduğuna inanmıram. Elə olsa belə, bu, çayın tərkibindəki kofein miqdarı ilə müqayisə edilməməlidir.
Televiziyalara bu mövzu ilə bağlı həkimlər, ekspertlər dəvət edilir. Amma imkan vermirlər ki, həkimlər çıxışlarında enerji içkilərinin zərərləri ilə bağlı fikirlərini desinlər. Həkim deyir, uşaqlara, hamilə qadınlara enerji içkilərinin qəbulu yolverilməzdir, qarşı tərəf isə deyir ki, qorxusu yoxdur.
Həkim tibbi cəhətdən əsaslandırır ki, bu içkilərin tərkibindəki inqridientlər mərkəzi sinir sistemini, ürək-damar, mədə-bağırsaq sistemlərinə kifayət qədər ziyandır. Kofenin tərkibində kofein var. Diqqət edin, kofe içən zaman ürək döyüntüsü bir qədər artır. Bu normaldır. Amma enerji içkilərinin təsir mexanizmi insan orqanizmində izafi enerji yaradır.
Əslində, bu içkilər orqanizmin öz enerjisini zəiflədir, insanı yorğun, halsız vəziyyətə salır. Bu içkilərin tez-tez qəbul edilməsi isə alüdəçilik yaradır”.
V.Qarayev deyib ki, televiziyalarda enerji içkilərinin reklamı uşaqlarda maraq yaradır:
“Hansı kanala baxırsan “alın”, “için”, “uçun”, “qanadlanın” və s. müxtəlif adda enerji içkilərinin reklamı verilir. Buna baxan uşaqlar təbii ki, onlara meyil edəcək. Buna nəzarət etmək lazımdır.
Ekspertlər və bu içkilərin satışında maraqlı olan şəxslər həkimlərdən fərqli olaraq, təhlükə görmürlər. Hətta bir dəfə bir xanım efirdə həkimin sözünü kəsərək, “mən hamiləlik dövründə enerji içkisi içmişdim, heç bir problem də yaşamamışdım” dedi.
Nə etmək olar? Marketlərdə 4-5 yaşlı uşaqların əlində enerji içkiləri görüb, dəhşətə gəlirəm. Bir valideyn öz uşağının sağlamlığının qeydinə qalmaq istəmirsə, qanun və ya məhdudiyyətlər çıxış yolu deyil.
Valideynə sual verirəm ki, nə üçün uşağa bunu alırsan? Cavab verir ki, “etiraz edə bilmirik”. Uşaqlara nəinki enerji içkiləri, rəngli, qazlı sular belə vermək olmaz. Azyaşlı uşaqlara yalnız və yalnız su vermək lazımdır”.(oxu.az)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi