Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2020
15:22
AFFA idmançıları cəzalandırdı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) İntizam Komitəsinin qərarları açıqlanıb.

AFFA-dan  bildirilib ki, U-13 Qızlar Liqasının, “UGİM” (Naftalan) – “Gənclik UFK” oyununda “Gənclik UFK” komandasının heyətində sənədi olmayan oyunçu iştirak etdiyi üçün “Gənclik UFK” komandasına texniki məğlubiyyət verilir və hesab olduğu kimi saxlanılır (6-0).

Qərara əsasən, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “AzMİU” – “Baker Hughes” arasında cavab oyununda “AzMİU” komandasının heyətində yetərli oyunçunun olmadığı üçün komandaya texniki məğlubiyyət verilir (0-5). Oyunda “AzMİU” komandasının oyunçusu Heydər Mustafazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. Fatih Demirdagın isə hakimi təhqir etdiyi və qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır. Ayberkemre İnceoğlu da hakimə etiraz etdiyi, ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Bundan başqa, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “U-19” – “Gənclik İK” arasında cavab oyununda “U-19” komandasının oyunçusu Şahmar Cəfərov sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. “U-19” komandasının oyunçusu Ridan Babayev sonuncu ümid foluna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

Həmçinin, Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsinin “Red Line” – “Timsport” arasında cavab oyununda “Timsport” komandasının oyunçusu Məmmədov Ağasərdar qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

U-16 liqasının “Xilə” – “Mil-Muğan oyununda “Mil-Muğan” komandasının oyunçusu Saleh Məmmədov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə 1 oyun cəzalanır.(trend)

Məqalədə : AFFA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4242

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2949

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2370

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1984
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-04-2020 14:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru