Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2020
13:32
10 rayonda “Azərkosmos”dan yoxlamaları başa çatıb

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) payızlıq əkinlərə dair bəyan edilmiş məlumatların peykdən çəkilmiş fotolar, məsafədən zondlama metodları və digər stasionar vasitələrlə kameral yoxlamaları davam edir. 

Peyk yoxlamalarının əsasını Kənd Təsərrüfatı Nazirliyinin Coğrafi Məlumatlar Bazasına daxil edilmiş ortofotolar, müxtəlif vektorizasiya məlumatları, “Azərkosmos”dan alınmış peyk şəkilləri, layihələrin nəticələri, məsafədən zondlama metodları təşkil edir.

Artıq ölkə üzrə 10 rayonda “Azərkosmos”dan çəkilmiş şəkillər əsasında yoxlamalar başa çatıb. Yoxlamalar hər rayonda təsadüfi yolla seçilmiş 3 kənd üzrə aparılıb. Zərdab, Samux, Ağsu, Siyəzən rayonlarından sonra Ağcabədi (Avşar, Gəlabədin, Hacıbədəlli kəndləri), Balakən (Katex, Şərif, Qazma), Beyləqan (Kəbirli, Dünyamalılar, Təzəkənd), Göygöl (Mollacəlilli, Yeni Zod, Quşqara), Oğuz (Böyük Söyüdlü, Padar, Bucaq) və Sabirabad (Axısxa, Qəzli, Bulduq) rayonlarında torpaq sahəsi və əkin bəyanları barədə məlumatların peyk vasitəsilə kameral yoxlaması başa çatıb. Peyk çəkilişləri ilə 10 rayon üzrə 9659 fermerin torpaq sənədləri və payızlıq əkinlə bağlı bəyan etdiyi məlumatlar yoxlanılıb. Yoxlamalar zamanı uyğunsuzluq şübhəsi doğuran sənədlərə dair bildirişlər göndəriləcək və həmin ərazilərdə yerində yoxlamalar aparılacaq. Yoxlamalar başa çatdıqdan sonra fermerin EKTİS-ə daxil etdiyi elektron bəyannamələr yekun olaraq təsdiqlənəcək və fermerə ödəniləcək məbləğ müəyyən ediləcək.

Qeyd edək ki, EKTİS-də bəyan edilmiş torpaq məlumatlarına (torpağın sənədi, əkin aparılan sahə və s.) və payızlıq əkin növünə (arpa, buğda, yonca və s.) dair bəyannamənin düzgünlüyünə fermer məsuliyyət daşıyır. Bu səbəbdən fermerlərə bəyan etdiyi məlumatlarda səhvlər varsa, düzəliş etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət etmək tövsiyə olunur.

Yanvarın 22-dək 260 min fermerin şəxsi kabinetində əkin subsidiyası ilə bağlı elektron ərizə formalaşdırılıb. Fermerlər 3 gün ərzində şəxsi kabinetlərinə daxil olaraq elektron ərziə formasını təsdiq etməli və ya müvafiq düzəlişlərin edilməsi üçün DAİM-ə yaxınlaşmalıdırlar. Etiraz edilməyən ərizələr avtomatlaşdırılmış qaydada monitorinqə yönləndirilir.

Məqalədə : Azərkosmos 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
216

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
241

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
206

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
306
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 21:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru