Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2020
11:58
Məzahir Pənahov: `Yaxın günlərdə bülletenlərin çapına başlanılacaq`

“Mərkəzi Seçki Komissiyası artıq Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bülletenlərin çapı ilə bağlı addımlar atmağa başlayıb”.

Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, yaxın günlərdə bülletenlərin çapına başlanılacaq.

Onun sözlərinə görə, namizədliyi qeydə alınan şəxslərin bir qismi ənənəvi olaraq bülletenlər çap edilənə qədər öz namizədliklərini geri götürürlər:

“Biz istərdik ki, namizədlər mübarizəni indi dayandırmasın. Amma bu, bütün dünya praktikasında olan, xüsusi keçmiş postsovet ölkələrində, Şərqi Avropa ölkələrində tez-tez baş verən hallardır. Son finiş xəttinə yanaşanda, adların bülletenlərə daxil olma mərhələsndə namizədlərin müəyyən qədəri öz namizədləriklərini geri götürürlər. Hazırda biz bu məsələ ilə məşğuluq. Müəyyən qisim namizədliyini geri götürsə də, hazırda bir yerə 10-12 namizəd var. Fevralın 9-da səsvermə zamanı seçicilər bülletenlərdə Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələrin olduğunu görəcək və istədikləri seçimi edə biləcəklər. 19 siyasi partiyanın siyahısı əsasında irəli sürülən 260-dan artıq deputatlığa namizəd var. Ümumilikdə, 28 siyasi partiyanın təmsilçiləri iddiaçıları arasındadır”.(Report)

Məqalədə : Məzahir Pənahov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
216

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
241

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
206

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
306
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 21:25



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru