Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2020
10:46
Badamdarda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən verilən məlumata görə, AQTA əməkdaşları Səbail rayon İcra Hakimiyyəti nümayəndələri və Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ilə birgə Səbail rayonu Badamdar qəsəbəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində antisanitar vəziyyət və qanunsuz heyvan kəsiminə qarşı reyd keçiriblər.

Reyd zamanı 10 kəsim sahəsinə baxış keçirilib. Müəyyən edilib ki, bu ünvanda fəaliyyət göstərən ət satışı mağazalarında antisanitar vəziyyət və baytarlıq ekspertizası aparılmadan ətlərin satışı həyata keçirilir. Bununla əlaqədar olaraq sahibkarlıq subyektlərinə məxsus qeyri-qanuni fəaliyyət göstərən ət satışı mağazalarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir konstruksiyalı qurğular yerli icra orqanının əməkdaşları tərəfindən ləğv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir. (trend)

Məqalədə : AQTA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şamaxıda zəlzələ oldu

18

Fevral
18:20
ÖLKƏ
216

Koreyada tuneldə 30 maşın toqquşub

18

Fevral
17:35
DÜNYA
241

Fevralın 19-na manatın məzənnəsi

18

Fevral
17:30
İQTİSADİYYAT
206

Baş Prokurorluqda kadr dəyişikliyi olub

18

Fevral
16:10
ÖLKƏ
306
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-02-2020 21:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru