Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 Yanvar

2020
09:57
Bakıda 29 marşrut üzrə 598 avtobus kart sisteminə keçdi

Bakıda 29 marşrut xətti üzrə 598 avtobusda sərnişinlər gediş haqqını BakıKart vasitəsi ilə nağdsız formada ödəyirlər.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, qarşıdakı günlərdə bu göstəricilər dəyişəcək: "Çünki xətlərin inteqrasiyası davam etməkdədir. Yanvarın 24-də 4 nömrəli marşrut xəttinin də inteqrasiyası planlaşdırılır. Həmçinin, fevral ayından xətlərin BakıKarta keçidi daha sürətli aparılacaq. BakıKarta keçidlə əlaqədar son bir ayda şəhərin müxtəlif ərazilərində 50 yeni dayanacaq yeri müəyyən edilərək müvafiq nişanlar qoyulub. 13 yerdə isə yeni ödəmə məntəqələri təşkil olunub. Bir daha vurğulamaq istərdim ki, nağdsız ödənişə keçid sərnişindaşımada göstərilən xidmətin keyfiyyətinin artırılması üçün olduqca zəruridir".

M.Ağayev deyib ki, kart sisteminə keçid, eyni zamanda sərnişindaşımada qeyri-leqal əmək münasibətlərinin rəsmiləşdirilməsi və şəffaflığın artırılması baxımından da vacibdir. Son bir neçə həftədə kart sisteminə inteqrasiya olunan xətlərlə bağlı şikayət xarakterli müraciətlərin əhəmiyyətli dərəcədə azalması bunun bariz nümunəsidir.

Məqalədə : avtobus BakıKart BNA 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident 3 generalı təltif etdi

27

Fevral
15:07
ÖLKƏ
55

Neft anti-rekorda gedir

27

Fevral
14:55
DÜNYA
98

Müəllimlərin işə qəbulu başlayır

27

Fevral
14:21
ELM / TƏHSİL
324

Koronavirus Ukraynada da aşkar edildi

27

Fevral
14:08
DÜNYA
182
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 15:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru