Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2020
15:40
Azərbaycan və Gürcüstan Müdafiə nazirləri görüşüb

Gürcüstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 21-də bu ölkənin Müdafiə naziri cənab İrakli Qaribaşvili ilə görüşüb.

FaktXəbər-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Gürcüstan Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub. Protokola uyğun olaraq Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və dövlət himnləri səsləndirildikdən sonra görüş keçirilib.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyini qeyd edərək ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyini xüsusi vurğulayıblar.

Görüşdə Azərbaycan və Gürcüstanın müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb. Sənəddə ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili, birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi, qabaqcıl təcrübə mübadiləsi və digər vacib məsələlər nəzərdə tutulur.

Sonra kütləvi informasiya vasitələri nümayəndələri üçün Müdafiə nazirlərinin mətbuat konfransı keçirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52832

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51066

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52483

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52175

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57617

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51831

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52206
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-11-2020 01:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru