Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Yanvar

2020
15:02
Sumqayıtda cibgirlər saxlanılıb

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən sərnişin avtobuslarında cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Tədbir zamanı sərnişinlərin sıx olduğu vaxtlarda 7 saylı avtobuslarda cibgirlik edən iki nəfər şəhər sakini əvvəllər məhkum olunmuş Məmməd Məmmədov və Elnur Abbasov saxlanılıblar.

Araşdırma zamanı hər iki şəxsin avtobuslarda ümumilikdə dörd vətəndaşın cibindən pul, mobil telefon və digər qiymətli əşyalar oğurladıqları müəyyən edilb.

Qeyd edək ki, bu şəxslərin avtobuslarda cibgirlik etmələri nəqliyyat vasitələrində quraşdırılan müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb. 

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

E.Abbasov və M.Məmmədovun Sumqayıt, eləcə də, paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur.

Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər. (oxu.az)

Məqalədə : oğurluq cibgir 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
306

Bakıda uşaq poliklinikasında yanğın söndürülüb

21

Fevral
16:10
HÜQUQ,HADİSƏ
323

MSK-nın iclası başladı

21

Fevral
16:04
ÖLKƏ
316

I sinfə qəbul qaydaları açıqlanıb

21

Fevral
15:42
ELM / TƏHSİL
10943

DİM imtahanın nəticələrini açıqladı

21

Fevral
15:28
ELM / TƏHSİL
2271

22 fevral tarixiniə olan hava proqnozu

21

Fevral
13:36
ÖLKƏ
367
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 05:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru