Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Yanvar

2020
10:27
Lənkəranda ağır qəza: Sürücü yanaraq öldü

Lənkəranda Rusiya və Azərbaycana məxsus yük maşınlarının toqquşma baş verib Hadisə nəticəsində sürücülərdən biri ölüb.

Hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 196-cı km-də, Lənkəran rayonunun Girdəni kəndindən keçən ərazisində baş verib.

Belə ki, Rusiya Federasiyasına məxsus qoşqulu yük maşını - TIR və Qazel markalı yük maşınları toqquşub. Nəticədə, Cəlilabad rayon sakininin (şəxsiyyəti məlum deyil) idarə etdiyi “Qazel“ markalı yük maşını alışıb.

İçərisində taxıl dolu yük olduğundan yük maşını sürətlə alovlanıb. Yük maşınında sərnişin olan Cəlilabad rayon Alar kənd sakini 1981-ci il təvəllüdlü Xalim Qulaməli oğlu Cəfərov xəsarət alıb.

Hadisə yerinə FHN-in xilasetmə briqadası və Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb edilib. Yanaraq ölmüş sürücü Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Yaralanan sərnişin isə TTSTY-nin “113” xidməti maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Məqalədə : qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
303

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
322

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
364

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
343

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
376
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 00:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru