Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 Yanvar

2020
09:58
Parlament seçkilərində “Exit-poll” keçirmək istəyən təşkilatlar üçün son gün

Fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə “Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi müddəti yanvarın 20-də başa çatır.

FaktXəbər-in məlumatına görə, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, akkreditasiya üçün sənədlər səsvermə gününə ən azı 20 gün qalanadək, yəni 2020-ci il yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.

Yanvarın 20-də həmçinin səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməsi müddəti başa çatır.

Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi müddəti də yanvarın 20-də başa çatır.

Bundan əlavə, qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısının ictimailəşdirilməsi prosesi də yanvarın 20-də başa çatır.

Məqalədə : seçki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3464

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2012

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1771
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 17:46



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru