Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2020
15:37
Dövlət Komitəsi Suraxanıda azyaşlının döyülməsi faktını nəzarətə götürdü

Dövlət Komitəsi Suraxanıda uşaq evində azyaşlının döyülməsi faktını nəzarətə götürdü

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Suraxanı rayonunda yerləşən 2 nömrəli uşaq evində uşaqlardan birinin müəllim tərəfindən döyülməsi hadisəsini nəzarətə götürüb.

Bu barədə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı yanvarın 18-də Dövlət Komitəsinin Uşaq şöbəsinin müdiri və psixoloqu həmin müəssisəyə yollanıblar: “Bu gün həmin müəssisədə monitorinq keçirilib. Dövlət Komitəsinin əməkdaşları orada uşaqların saxlanılması şəraiti ilə tanış olublar. Uşaq hüquqlarının müdafiəsi çərçivəsində uşaqlara qarşı ehtiyaclarının təmin edilməsi istiqamətində meyarların qiymətləndirilməsi aparılıb. Uşağın sağlamlığı ilə bağlı müayinələr aparılıb və ona psixoloji yardım göstərilib. Hazırda məsələ nəzarət altındadır. Həmin müəssisənin rəhbərliyi ilə birlikdə əməkdaşlıq çərçivəsində araşdırmalar davam etdiriləcək”.

Qeyd edək ki, Suraxanı rayonundakı 2 nömrəli uşaq evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və videogörüntülər yayılıb.

Məsələ ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin yaydığı məlumatda bildirilib ki, hadisə ötən ilin dekabr ayında baş verib. Qeyd olunub ki, məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olunub.(report)

Məqalədə : Suraxanı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident 3 generalı təltif etdi

27

Fevral
15:07
ÖLKƏ
160

Neft anti-rekorda gedir

27

Fevral
14:55
DÜNYA
199

Müəllimlərin işə qəbulu başlayır

27

Fevral
14:21
ELM / TƏHSİL
411

Koronavirus Ukraynada da aşkar edildi

27

Fevral
14:08
DÜNYA
188
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 15:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru