
UEFA-ya üzv ölkələrin Feyr-Pley reytinqləri açıqlanıb.
Qitə futbol qurumu 2018/19 mövsümünün nəticələrinə əsasən üç müxtəlif göstəricidə ölkələrin cədvəlini tərtib edib.
Ümumi Feyr-Pley reytinqinin qalibi adına Finlandiya yiyələnib. Bu ölkənin komandaları mövsümün 76 matçına əssən 8,686 xal toplayıb. Hesabında 58 qarşılaşma olan Gürcüstan 8,540 xalla 2-ci, təmsilçiləri 104 görüşə çıxan Norveç 8,525 xalla 3-cü olub. Azərbaycan komandaları 61 beynəlxalq oyun keçiriblər. 8.113 xala malik ölkəmiz 33-cü yerdədir.
Tamaşaçılar üzrə Feyr-Pley reytinqində Farer adaları qalib olub – 46 oyunda 8,850 xal. Norveç (104 oyun, 8,822 xal) 2-ci, İslandiya (64 oyun, 8,782 xal) 3-cü yeri tutub. 41 qarşılaşma üçün 7,782 xala malik Azərbaycan isə yalnız 40-cıdır.
UEFA-nın Feyr-Pley reytinqində İnkişaf cədvəlinin qalibi adını Gürcüstan qazanıb. 2017/18 mövsümündə 7,913, 2018/19 mövsümündə 8,540 xala malik qonşularımız hamıdan çox – 0,627 xallıq artım əldə edərək 1-ci olublar. Andorra 0,623 ilə ikinci, Litva 0,448 xalla 3-cüdür. Azərbaycan artıma nail olan 26 ölkə sırasındadır. 2017/18 mövsümündəki 8,100-dən 2018/19 mövsümündə 8,113-ə yüksələn ölkəmizin inkişafı 0,013-ə bərabər olub. Azərbaycan bu göstəricidə 22-cidir.
Qalib ölkələr – Finlandiya, Farer adaları və Gürcüstan hərəyə 50 min avro mükafat alıb.
Qeyd edək ki, UEFA-nın siyahılarında quruma üzv olan 52 ölkə yer alıb. Təmsilçiləri zəruri olan oyun sayından az matç keçirən Lixtenşteyn, San-Marino və Cəbəllütariq isə sıralamadan kənarda göstərilib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 18-06-2020 12:33 AFFA "Qarabağ" çempion elan etdi
- 17-06-2020 12:55 Messi karyerasının 699-cu qolunu vurub
- 05-06-2020 15:56 Azərbaycanda məşqlərə maskada gəlmək tələb olundu - SİYAHI
- 01-06-2020 14:28 "Neftçi" legioneri ilə yollarını ayırdı - RƏSMİ
- 01-06-2020 13:42 İngilis boksçu Taysonun rinqə qayıtmasından narahatdır
- 28-05-2020 14:45 "Real Madrid" lider olsaydı, sezonu bitirərdilər
- 25-05-2020 09:00 La Liqanın bərpa vaxtı açıqlandı
- 22-05-2020 17:29 İdman tədbirlərinə iyunun 1-dən icazə veriləcək
- 22-05-2020 15:40 AFFA aşağı liqalarla bağlı qərar verdi
- 22-05-2020 10:27 Mediya İspaniya futbol çempionatının bərpa tarixini açıqladı
- 18-05-2020 16:50 Millimizin sabiq futbolçusu: "Evlər tikib satırıq, kirayə veririk"
- 18-05-2020 12:28 İdman və fitnes zalları açılsın - Gənclər artıq çəkidən əziyyət çəkir
- 14-03-2020 13:51 "Neftçi" fəaliyyətini dayandırdı
- 13-03-2020 14:15 Çempionlar Liqası və Avropa Liqası dayan dırıldı - RƏSMİ
- 13-03-2020 10:53 Braziliyalı futbolçular 8 qırmızı kart aldılar, ancaq qol vurmadılar - VİDEO
- 13-03-2020 10:03 "Formula-1"də mövsüm Azərbaycan Qran-prisi ilə başlaya bilər
- 12-03-2020 10:48 "İnter" klubu fəaliyyətini müvəqqəti dayandırıb
- 12-03-2020 10:00 PSJ mərhələ adlayıb, “Liverpul” mübarizəni dayandırıb
- 11-03-2020 09:47 "Liverpul" və PSJ çətin sınaq qarşısında
- 11-03-2020 09:24 7 qollu oyunda “Atalanta” 1/4 finalına yüksəlib
- 10-03-2020 17:15 İspaniya çempionatının iki turu tamaşaçısız keçiriləcək
- 10-03-2020 10:45 Dünyca məşhur boksçu "Nyukasl" futbol klubunu almaq istəyir
- 09-03-2020 13:21 Zidan: "Real" qələbə qazanmağa layiq deyildi və mövsümün ən pis oyununu keçirdi
- 06-03-2020 14:26 Teymur Rəcəbov bəyanat yaydı
- 06-03-2020 12:08 Koronavirusa görə futbol qaydasında müvəqqəti dəyişiklik