Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2020
11:15
Bakıda tərbiyəçi uşaq evində azyaşlını döydü - VİDEO

Bakıda 2 nömrəli Uşaq evində tərbiyəçi uşağı döyüb. Bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Görüntülərdən aydın olur ki, müəllim uşağı döyür, daha sonra videoya çəkildiyini görüb, onu qucaqlayır.

Məsələ ilə bağlı Suraxanı rayonunda yerləşən 2 nömrəli Uşaq evi ilə əlaqə saxladıq.

Direktor Sevda Hacıyeva açıqlamasında bildirib ki, hadisə ötən ilin dekabrın 29-da baş verib:

“Məsələ araşdırıldı və dekabrın 30-da tərbiyəçi Məmmədova Elnurə Qüdrət qızı vəzifəsindən azad edildi.

O, uşağa qarşı bu cür hərəkəti edib, cəzasını da alıb. Mən 20 ildir direktor işləyirəm və hər zaman da demişəm ki, bir adam uşağa əl qaldıra bilməz. Heç kimin səlahiyyəti yoxdur ki, ona əl qaldırsın.

Müəllim uşağı vura bilməz, ancaq tərbiyə verə bilər. 20 ildir mən ancaq o sözü deyirəm. Öz səhvi ucbatından başına iş açdı. Çox yaxşı müəllim idi, fəxri fərmanları da var idi”. 

Tərbiyəçinin uşağı döyməsi barədə görüntüləri təqdim edirik:

Məqalədə : tərbiyəçi uşaq evi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
314

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
338

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
374

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
353

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
381
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 02:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru