Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Yanvar

2020
09:19
Bu ərazilərdə radara düşmüsünüzsə, ləğv olunmalıdır - RƏSMİ

Sürücülərin nəzərinə bu ərazilərdə radara düşmüsünüzsə, ləğv olunmalıdır.

Avtomobil idarə edərkən sürücülər tez-tez stasionar və ya mobil radarlarla rastlaşırlar. Bəzən iki radar arasındakı məsafələrin uzun, bəzən də olduqca qısa olmasının şahidi oluruq.

Sürücülərin diqqət etdiyi məsələlərdən biri də DYP avtomobillərində yerləşdirilən radarlardır.

Bəs radarlar istənilən ərazidə yerləşdirilə bilərmi, patrul avtomobillərinin istədikləri yerdə sürət həddini aşan sürücüləri cərimələk hüququ varmı?

Mövzu ilə bağlı Yeniavaz.com-un əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) ilə əlaqə saxlayıb.

BDYP rəsmisi polkovnik Mübariz Ağayev açıqlamasında bildirib ki, avtomobillərin sürət həddinə nəzarət edilməsi üçün yollarda quraşdırılan mobil və ya stasionar radarlar “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikasının Qanunun əllinci maddəsinin yeddinci bəndinə əsasən nizamlanır. Həmin qanun belədir:

“Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır.

Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır”.

Polkovnik Mübariz Ağayev bildirib ki, bu qanuna əsasən, yollarda radarların mövcudluğu barədə müvafiq nişanlardan, ya da həmin yerdə maksimum sürətin məhdudlaşdırılması lövhəsi yerləşdirilməlidir:

“Radarların hansı ərazidə yerləşdirilməsi isə bir neçə qurumun birgə fikri əsasında razılaşdırılır.

Radar yerləşdirilərkən ərazidə baş vermiş qəzalar, hüquq pozuntuları, yolda hərəkət şəraitinin xüsusiyyətləri, piyadaların hərəkətinin intensivliyi və sair nəzərə alınır. Radarlar arasında məsafənin nə qədər olması barədə isə konkret rəqəmlər yoxdur”.

Mövzu ilə bağlı sürücülər arasında mübahisəli məsələlərdən biri də lövhələrin olmadığı yerlərdə mobil və ya stasionar texniki vasitələrdən istifadə edilib-edilməməsidir. BDYP rəsmisi bildirib ki, müəyyən edilmiş nişanlar yoxdursa, həmin yerdə sürət həddinin aşılması ilə bağlı cərimə yazıla bilməz:

“Əgər avtomobilin radara düşdüyü ərazidə müəyyən edilmiş məsafədə lazımi nişan lövhələri quraşdırılmayıbsa, sürət həddi ilə bağlı yazılmış protokola xitam verilir. Yox, əgər bütün nişanlar varsa, mobil və ya stasionar texniki vasitələrdən istifadə edilməsi tam qanunidir və cərimə ödənilməlidir”.

Məqalədə : yol radar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İstirahət günlərinin hava proqnozu

28

Fevral
17:41
ÖLKƏ
309

Iranda daha 4 deputat koronavirusa yoluxub

28

Fevral
16:27
DÜNYA
328

Sabaha olan hava proqnozu açıqlanıb

28

Fevral
16:13
ÖLKƏ
364

Maştağada quş kəsimi sexi bağlanıb

28

Fevral
15:57
ÖLKƏ
343

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
376
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-02-2020 01:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru