Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Yanvar

2020
13:22
Bakı metrosunda yeniliklər olacaq - RƏSMİ AÇIQLAMA

Bakı Metropoliteninin tikilməkdə olan şərti adı “B3” olan stansiyasında avadanlıqların quraşdırılması işlərinə start verilib.

Bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu gün keçirilən tədbirdə deyib. 

Onun sözlərinə görə, hazırda stansiyanın platformasına mərmər döşənməsinə başlanılıb:

“Demək olar ki, tikintinin böyük bir hissəsi başa çatıb. Yolun tikintisi isə tam yekunlaşıb. Stansiyada eskalatorların quraşdırılmasına başlanılıb və artıq sona çatmaq üzrədir. 17 eskalatordan ibarət stansiya üç səviyyədən (mərtəbədən) ibarət olacaq. İşlər qaydasında gedərsə, bu il stansiya sərnişinlərin istifadəsinə veriləcək”.

"Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun "Xətai" stansiyasında qatarların ikitərəfli hərəkəti bu ilin ortalarına təşkil olunacaq. Hazırda metronun "Cəfər Cabbarlı" stansiyasında aparılan təmir işləri çərçivəsində stansiya yolunun quraşdırılmasına başlanılıb:

"Bu məqsədlə köhnə stansiya yolu sökülür. "Xətai" stansiyasının bir yolunda olduğu kimi, burada da dəmir beton bloklarından istifadə olunacaq. İşlər başa çatdırılandan sonra yol yatağı yeni infrastrukturun qurulmasına hazırlanacaq və dəmir beton bloklarından ibarət növbəti stansiya yolu olacaq. Bundan başqa, tunellərdə də gücləndirmə işləri davam etdirilir".

Bəxtiyar Məmmədov həmçinin qeyd edib ki, "Bakı Metropoliteni" QSC tərəfindən qatarların hərəkət etdiyi yollarda dəmir-beton bloklarının quraşdırılması qatarların daha səssiz hərəkət etməsini təmin edəcək. Dəmir beton bloklarının xüsusi üstünlüyü ondan ibarətdir və burada relslə beton blok arasında olan təbəqələrdə müxtəlif materiallardan istifadə edilir ki, bu da səs-küyün azaldılmasına səbəb olur:

"İlk dəfə olaraq dəmir-beton bloklardan ibarət olan yeni sistem B3 stansiyası ilə "Memar Əcəmi" stansiyaları arasında olan hissədə tətbiq olunub. Eyni zamanda, "Avtovağzal" stansiyasından üzü "Xocahəsən" deposuna olan tunellərdə də məhz həmin sistemlər olacaq".

Məqalədə : Metro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
306

Bakıda uşaq poliklinikasında yanğın söndürülüb

21

Fevral
16:10
HÜQUQ,HADİSƏ
323

MSK-nın iclası başladı

21

Fevral
16:04
ÖLKƏ
316

I sinfə qəbul qaydaları açıqlanıb

21

Fevral
15:42
ELM / TƏHSİL
10575

DİM imtahanın nəticələrini açıqladı

21

Fevral
15:28
ELM / TƏHSİL
2163

22 fevral tarixiniə olan hava proqnozu

21

Fevral
13:36
ÖLKƏ
367
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 04:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru