Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2020
22:54
ABŞ İraqı tərk etməyəcək - Pentaqondan açıqlama

“ABŞ silahlı qüvvələri İraqı tərk etməyi planlaşdırmır. Vaşinqton Bağdadla ABŞ qoşunlarının bu Yaxın Şərq ölkəsində olması ilə bağlı danışıqlar aparır. Hələ də suveren və firavan İraqın dostu və ortağı olmaq istəyirik”. 

FaktXəbər-in TASS-a istinadən verdiyi xəbərə görəi, bunu cümə axşamı Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Hoffman əlavə edib ki, məqsəd ABŞ silahlı qüvvələrini bölgədə, İraqda saxlamaqdır.

İraqdakı iki əraziyə raket zərbələrinin endirildiyini xatırladan Pentaqon rəsmisi bildirib ki, ABŞ ordusunun olduqca təsirli erkən aşkarlama sistemi var: “Bu sistem sayəsində hücum zamanı xəsarət alan və ya ölən olmadı”.

Jurnalistlər Hoffmandan ABŞ-ın İraqdakı antiterror əməliyyatlarını, İraq qoşunlarının təlimlərini bərpa edib-etməməyini soruşduqda cavab belə olub: “İraqda qoşunların hazırlanması ilə bağlı yeni bir məlumata sahib deyiləm”. 

Məqalədə : Pentaqon 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
546

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
441

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
672

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
517

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
445
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 16:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru