
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 1C ünvanında yerləşən “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət şəbəkələrində yoxlama keçirərkən 12 tondan çox saxta kərə yağı aşkarlayıb.
Agntlikdən verilən məlumata görə, yoxlama zamanı marketlərdə “Belorusskaya Korova” əmtəə nişanlı saxtalaşdırılmış kərə yağının satışının həyata keçirildiyi aşkarlanıb. Araşdırma zamanı yağların ştrix kodunun saxta olduğu müəyyən edilib. Belə ki, ştrix kod “Foodini” MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı kərə yağına aid olub.
“Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının “Luninec” ASC olması qeyd edilib. Belarusun “Luninec” ASC süd zavodu tərəfindən ünvanlanmış məktubda isə həmin şirkətin “Belorusskaya Korova” əmtəə nişanlı yağ istehsal etmədiyi göstərilib.
Məlum olub ki, “Bizim Market” Məhdud Məsuliyyətli Cəmiyyətinə “Belarusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan kərə yağının sertifikatı kimi “SN Qida Təchizat” MMC tərəfindən təqdim olunan qida təhlükəsizliyi sertifikatı (“İdxalçı müəssisənin adı və ünvanı”, “göndərən müəssisənin adı və ünvanı”, “mənşə ölkəsi”, “yüklənmə yeri”, “istehsalçının adı və ünvanı bölmələri”) saxtalaşdırılıb.
Yağdan götürülən nümunələrin laborator analizi zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, sözügedən məhsulun saxtalaşdırıldığı təsdiqini tapıb.(trend)

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 05-06-2020 10:38 Həftəsonu yollarda şəxsi avtomobilindən istifadə edənlər cərimə və yaxud həbs oluna bilər
- 31-05-2020 16:22 Buraxılış imtahanı ilə əlaqədar fənn olimpiadalarının final turunun keçirilmə tarixində dəyişiklik edilib
- 21-05-2020 09:45 Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar - VİDEO
- 29-02-2020 14:10 AMEA-da kitabxananın qiyməti 150 manata qaldırıldı
- 28-02-2020 16:50 Daha bir qurumda koronavirusla bağlı “qaynar xətt" fəaliyyətə başladı
- 27-02-2020 11:41 Hindistanda minarədən ayparanı söküb yerinə bayraq asdılar
- 24-02-2020 11:27 Azərbaycan əsgəri şəhid olub
- 20-02-2020 17:10 "Orqan mafiyası" ilə bağlı məlumatlara - RƏSMİ AÇIQLAMA
- 14-02-2020 17:14 Tərtərdə ana uşağa dağ basdıqca nənə deyirmiş kabab iyi gəlir - VİDEO
- 10-02-2020 15:15 Milli Məclisə seçkilərin ilkin nəticələri tam məlum olub
- 07-02-2020 09:45 Havanın temperaturu normadan 4-6 dərəcə yüksək olub
- 06-02-2020 10:54 Azərbaycan hökuməti ərəb nazirə medal verdi
- 27-01-2020 16:46 Jirinovski: "Koronavirus ABŞ-ın Çinə olan bioloji hücumudur"
- 16-01-2020 17:19 Yanvarın 17-nə manatın məzənnəsi açıqlanıb
- 16-01-2020 16:08 Saxta “Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı aşkarlandı
- 15-01-2020 14:15 Xaricdəki Azərbaycan vətəndaşlarının hərbi uçotu aparılacaq
- 09-01-2020 17:03 Oqtay Gülalıyev sabah növbəti dəfə əməliyyat olunacaq
- 05-01-2020 15:57 Qasim Süleymaninin son məktubunun görüntüsü yayılıb
- 03-01-2020 09:52 Ermənilər atəşkəs rejimini 23 dəfə pozub
- 24-12-2019 12:24 Bakıda restoranda zəhərlənmə: ÖLƏN VAR
- 13-12-2019 13:23 İranda poçt bağlamalarının çatdırılmasında PUA-lardan istifadə olunacaq
- 12-12-2019 17:30 Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq
- 11-12-2019 19:05 Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək
- 09-12-2019 10:15 Aeroport yolunda zəncirvari qəza
- 06-12-2019 10:00 ABŞ-da "Muhamməd" və "Aliyə" adları ilk 10-luqda