Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2020
13:37
DİN: Dilqəm Əsgərovun silahı girovluqdan azad olunduqdan sonra özünə qaytarıla bilər

Daxili İşlər Nazirliyi (DİN) Ermənistanda girovluqda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun ittihamlarına cavab verib.

Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun rəhbəri Eşqin Qasımov APA-ya bildirib ki, Şəmkir rayon Çinarlı qəsəbə sakini, Kürdoğlu Əsgərov sosial şəbəkələrdə və xəbər saytlarında atası Dilqəm Əsgərova məxsus silahın Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müsadirə olunduğunu bildirib: “Məsələ ilə bağlı qeyd etmək lazımdır ki, 12 dekabr 2018-ci ildə Kürdoğlu Əsgərov Şəmkir RPŞ-yə ərizə ilə müraciət edərək atasına məxsus “Churchil” markalı ov silahının öz adına keçirilməsini xahiş edib. Müraciətlə bağlı vətəndaşa müvafiq etibarnamə olmadığı üçün silahın onun adına keçirilə bilməyəcəyi izah olunduqdan sonra silah müvafiq qanunun tələblərinə uyğun olaraq K. Əsgərovdan alınaraq Şəmkir rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılır. Silah yalnız sahibi Dilqəm Əsgərov girovluqdan azad olunduqdan sonra özünə qaytarıla bilər. Bundan başqa müəllifin həmin silahla bağlı atasının anasına etibarnamə verməsi iddiasına gəldikdə isə qeyd etmək lazımdır ki, nə müraciət zamanı Kürdoğlu Əsgərov, nə də anası  Şəmkir rayon Polis  Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilən zaman hər hansı bir etibarnamə təqdim etməyiblər”.

Qeyd edək ki, K. Əsgərov atasına məxsus silahın polis tərəfindən müsadirə edildiyini açıqlayıb. 

Məqalədə : DİN Dilqəm Əsgərov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
551

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
441

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
672

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
527

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
445
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 17:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru