Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2020
11:38
Sahil Babayev artırılmış müavinətlərdən danışdı

Bu gün Azərbaycanda kadr potensialı davamlı inkişaf edir. 

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BMT ilə Azərbaycan arasında tərəfdaşlığın növbəti beşilliyi üçün prioritet sahələrin müəyyənləşdirilməsi məqsədilə keçirilən konfransda çıxışında deyib. 

Onun sözlərinə görə, bu gün Azərbaycan BMT-nin əsas söz sahibi olan iştirakçılarından biridir:

“Azərbaycanda aparılan sosial islahatların nəticəsi olaraq əhalinin sosial təminatı, sosial müdafiəsi ötən illərə nisbətən daha da yaxşılaşır. Azərbaycan hökuməti Prezident İlham Əliyevin təşəbbüsü ilə sosial sahədə böyük islahatlar gerçəkləşdirib.

Ötən il ölkədə minimum əməkhaqqı 92 faiz, minumum pensiya 72 faiz, bütüm müavinətlər isə 100 faizə qədər artırılıb. Bu da öz növbəsində əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir”. 

S.Babayev devalvasiya səbəbindən zərərçəkən vətəndaşlar barədə görülən tədbirlərdən də danışıb:

“Ötən il həm də devalvasiyadan zərər çəkən, borcluların vaxtı keçmiş kreditlərinin ödənilməsi ilə bağlı paket qəbul edildi. Bütün bunların fonunda bu gün Azərbaycan MDB məkanında minimum pensiyaya görə birinci yerdə, minimum pensiyanın alıcılıq qabiliyyətinə görə isə ikinci yerdədir. 

Azərbaycan BMT-yə töhfə verməklə yanaşı, dəstək almağa da çalışır. Hər bir ölkədə sosial sahənin inkişafı ölkənin ümumi inkişafına xidmət edir. Bu əlaqə isə özünü Dayanıqlı inkişafda göstərir. Dayanıqlı maliyyə təminatı olmadan dayanıqlı inkişafdan da danışmaq mümkün deyil”.

S.Babayev son olaraq Azərbaycanda bütün sahələr üzrə kadr potensialının davamlı artdığını da diqqətə çatdırıb:

“Bu gün ölkəmizdə kadr potensialında artım, peşəkarlıq səviyyəsinin daha da yüksəlməsini qeyd etməliyik. Peşəkar, təcrübəli kadrlar aparılan islahatlarda və görülən tədbirlərdə ən önəmli məqamlardan birini təşkil edir”.

Məqalədə : Sahil Babayev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61736

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
59475

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
61120

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60815

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
66296

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60581

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60790
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-01-2021 16:05





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru