
Azərbaycanın cənub bölgəsində yaşayan onlarla adam onkoloji xəstə olmadığı halda, bu xəstəliklə təqaüdə çıxarılıb. Bu məsələ ilə əlaqədar xeyli adam həbs olunub.
BAKU.WS Bizimyol.info-ya istinadən xəbər verir ki, həbs olunanlar arasında Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının baş həkimi Əli Əliyev, bu xəstəxananın həkim-onkoloqları İlyas Səmədov, Muştaba Dədəcanov, xadimə Sələmə Mirzəyeva, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimləri Hüsaməddin Əlicanov və Fərid Məmmədov, Lənkəranın Aşağı Nüvədi və Masallının Xırmandalı kəndlərində yaşayan İsrafil Tağıyev, Musa Əliyev də var.
İttihama görə, Sələmə Mirzəyevanın rəsmi işi xadiməlik olsa da, əslində, kompüter mütəxəssisi kimi fəaliyyət göstərib. Əlillik dərəcəsi almaq və ya dərəcəni dəyişmək istəyən və bu məqsədlə pul vermək istəyən adamları da o tapıb, sənədləri özü hazırlayıb. Söhbət adamlara onkoloji xəstəlikdən əziyyət çəkmələri, onlara təqaüd verilməsi üçün əsas yaradan sənədlərdən gedir.
Psixiatriya xəstəxanasının həkimləri də belə “müştərilər” tapıb vasitəçilik etməkdə ittiham olunur.
Sələmə Mirzəyeva istintaqda əvvəlcə baş həkimin bundan xəbərsiz olduğunu desə də, sonradan Əli Əliyevin əleyhinə ifadə verib. Sələmə Mirzəyevanın sözlərinə görə, pensiya almaq istəyənlərdən təxminən 2-3 min pul, yaxud da o dəyərdə əşya, əmlak (torpaq sahəsi) alıb, gətirib baş həkimə çatdırıb. Baş həkim də pulun əsas hissəsini özü götürüb, hər adama görə 100-200 manat da ona verib. Bu pulun müqabilində əlillik dərəcəsi almaq istəyən şəxs üçün 088№li forma üzrə saxta göndərişləri kompüterdə çap edib, Tibbi-Sosial Ekspert Komissiyasına göndəriblər.
Lənkəran Rayonlararası Onkoloji Xəstəxanasının sabiq baş həkimi Əli Əliyev isə deyir ki, keçmiş içşisi Sələmə Mirzəyeva ona böhtan atır. Onun sözlərinə görə, Sələmə Mirzəyeva onu şərləməklə məsuliyyətdən yayınmaq istəyir: “Mən maxinasiyalarda iştirak etsəydim, yalançı xəstələri qeydiyyat jurnalına salardım, onlar üçün xəstəlik tarixləri açardım, lazım olan sənədləşmə işlərini aparardım, heç kim də heç bir irad tuta bilməzdi, işlərin üstü açılmazdı.
Sələmə Mirzəyeva isə bildirir ki, baş həkim əvvəlcə ondan adını çəkməməsini istəyib, söz verib ki, onu həbsdən qurtaracaq: “İfadə verməliydim ki, xəstələri əməliyyat etdiyi üçün özünün vaxtı olmadığına görə elektron imzanı mənə vermişdi”.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin Lənkəran Regional Onkologiya Xəstəxanasının sabiq baş həkimi Əli Əliyev 9 il, xadimə Sələmə Mirzəyeva 8 il 3 ay, Lənkəran Rayonlararası Psixiatriya Xəstəxanasının həkimi Fərid Məmmədov 8 il 6 ay, kənd sakinlərindən İsrafil Tağıyev 9 il, Musa Əliyev isə 8 il 3 ay azadlıqdan məhrum edilib. Onlar rüşvət alma, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə kimi əməllərdə təqsirli biliniblər.
Onkologiya Xəstəxanasının iki həkimi İlyas Səmədov və Müştaba Dədəcanov CM-in 314.2 (səhlənkarlıq, ağır nəticələrə səbəb olduqda) maddəsilə təqsirli bilinib və onlara 2 il şərti cəza təyin edilib.
Lənkəran rayonlararası Psixiatriya Xəstəxanasının həkimi Hüsaməddin Əlicanov rüşvət alma, vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinsə də, 72 yaşı olması nəzərə alınaraq, ona da 8 il 6 ay şərti cəza verilib.
Şirvan Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun15-05-2020 18:15 Koronavirusla mübarizə aparan həkimlərin maaşı barədə rəsmi açıqlama
02-03-2020 15:44 Həkimlərin "İçərişəhər" yaxınlığında görünməsi ilə bağlı rəsmi açıqlama
20-08-2018 14:47 Bu il Azərbaycanda həkimlərin sayı azalıb
07-06-2018 15:24 Əvvəl həkimlərə, sonra polislərə hücum etdi-VİDEO
15-05-2018 14:12 "Həkimlərin, müəllimlərin maaşına yenidən baxılsın"
- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı