Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Yanvar

2020
15:42
Bibiheybət yamacında işlər mayın sonunadək yekunlaşacaq

"Bibiheybət yamacında 75 metr olan qəzalı hissəsində istinad divarının tikintisi may ayının sonunadək başa çatdırılacaq".

Bunu YAP-ın qərargahında keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, işlər başa çatdırılandan sonra 4 hərəkət zolaqlı yol vətəndaşların istifadəsinə veriləcək.

"Bibiheybət yamacında tikintisi 2008-ci ildə başlayan yol 2010-cu ildə istismara verilib. Bu yol layihələndirilən zaman cəmi 425 metr hissədə yol yenidən qurulub. O dövrdə Bakıya giriş-çıxış 20-ci yaşayış sahəsindən keçməklə tənzimlənirdi. Bu yolun yalnız 425 metr hissəsi Bibiheybət yamacından keçir. O dövrdə tikilən yolun iki yamac arasındakı 75 metr hissəsi süni torpaqlarla və digər materiallarla doldurulmuşdur. Bu 75 metr hissənin doldurulan süni materialın saxlanması üçün yol yatağın sürüşməməsi üçün istinad divarı tikilmişdir ki, dağılan da məhz həmin istinad divarıdır", - deyə S. Məmmədov qeyd edib.

Agentliyin İdarə Heyətinin sədri əlavə edib ki, istinad divarının uçmasının müəyyən səbəbləri ondan irəli gəlir ki, yol layihələndirilən zaman, bir tərəfli hərəkət zolağı istiqamətinə nəzərdə tutulmuşdur.

"Yəni bu yol Bakıdan çıxış üçün nəzərə alınıb. Buna baxmayaraq, 2015-ci ildə Bakı şəhərində Avropa Oyunlarının keçirilməsi zamanı 4 hərəkət zolaqlı yol iki tərəfli istismar olunmasına başlanılmışdır. Bunun nəticəsində ikitərəfli hərəkət edən nəqliyyat vasitələrinin ağırlığının dinamik təsiri istinad divarlarında çatların əmələ gəlməsinə səbəb olmuşdur. Yolda yaranan çatlarlar bizim mütəxəssislər tərəfindən nəzərə alınmışdır. Buna görə də vaxtından  əvvəl görülən tədbirlər nəticəsində, bu yolda istinad divarının uçması nəticəsində heç bir insan tələfatı olmadı", - deyə S. Məmmədov əlavə edib.(apa)

Məqalədə : yol Bibiheybət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
551

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
446

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
677

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
528

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
445
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 18:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru