Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Yanvar

2020
15:05
Bakıda 3 ayın müəllimi şagirdi döydüyü üçün işdən qovuldu

Bakının 169 nömrəli tam orta məktəbinin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub.

169 nömrəli tam orta məktəbdən verilən məlumata görə, İ.Cəfərov 2019-2020-ci dərs ilindən məktəbdə fəaliyyətə başlayıb. Bu müddət ərzində onun məktəbdə şagird və müəllimlərə qarşı kobud rəftarı valideynlər və pedaqoji heyət arasında ciddi narazılığa səbəb olub, onunla bağlı məktəb rəhbərliyinə dəfələrlə şikayətlər olunub. Bu hərəkətlərə son qoyması üçün rəhbərlik tərəfindən bir neçə dəfə ona şifahi xəbərdarlıq edilib.

“Müəllimlərin etik davranış qaydaları”nın və Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə 2019-cu ilin oktyabrında İ.Cəfərova töhmət verilib:

"Təəssüflər olsun ki, İ.Cəfərov bütün bunlardan düzgün nəticə çıxarmamış və müəllim adına uyğun olmayan hərəkətlərini davam etdirmişdir. 19 dekabr 2019-cu il tarixdə dərs zamanı VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) İ.Cəfərov tərəfindən döyülüb. Bununla bağlı şagirdin valideyni Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib, uşaq tibbi ekspertizaya göndərilib. Sabunçu Rayon Prokurorluğunda və Sabunçu rayon 13-cü Polis Bölməsində İ.Cəfərovun əməlləri ilə bağlı müvafiq araşdırmalara başlanılıb".

Məqalədə : təhsil məktəb 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
16723

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
15397

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
16787

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
16375

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
21780

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
16255

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
16395
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-08-2020 03:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru