Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 Yanvar

2020
10:05
ETSN: Badamdar sürüşmə sahəsindəki çatlarda gözlə görünən artımlar müşahidə olunur

“Badamdarla 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, bu gün səhər yenidən sürüşmə ərazisinə baş çəkib: “Gərginlik hələ də qalmaqdadır. Sürüşmə sahəsində xırda uçqunlar baş verir. Hazırda sürüşmə sahəsinin ölçülərində dəyişiklik yoxdur. Müəyyən çatlar var idi, artıq həmin çatlarda gözlə görünən  artımlar müşahidə olunur”.

Ə. Qaralov bildirib ki, hazırda sürüşmənin qarşısının alınması üçün hansısa təklif etmək mümkün deyil: “Hazırda sürüşmə kütləsinin üzərinə çıxmaq mümkün deyil, bu, təhlükəlidir. Proses tam başa çatmalı, sürüşmə stabilləşməlidir. Bundan sonra komissiya əraziyə baxış keçirməli və müəyyən təkliflər irəli sürülməlidir”.

Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.

Məqalədə : sürüşmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3584

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2668

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2064

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1796
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


29-03-2020 16:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru