Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2020
12:56
AzTU-nun dekanı tələbələrdən pul yığdığına görə işdən çıxarılıb

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev universitetin Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanı Ramiz Hüseynovu vəzifəsindən azad edib.

Bu barədə V.Vəliyev özü məlumat verib.

Onun sözlərinə görə, R.Hüseynov tələbələrə qanunsuz olaraq formalar tətbiq etdiyinə görə vəzifəsindən kənarlaşdırılıb.

“Ramiz Hüseynov işində nöqsanlara yol verdiyi üçün öz xahişi ilə vəzifəsindən çıxarılıb. Nöqsanı ondan ibarətdir ki, tələbələrə özbaşına xüsusi geyim formaları tətbiq eləyib. Halbuki, ona dəfələrlə xəbərdarlıq olunsa da, o, buna məhəl qoymayıb. Bizim də əsasnamədə yazılıb ki, tələbələrə xüsusi formalar tətbiq edilə bilməz. O, tələbələrə məcbur edib ki, xüsusi geyim formaları alsınlar və formalarla bağlı pul yığıb. İşdən çıxması ilə bağlı yazdığı ərizədə də öz məsuliyyətini boynuna alıb. Ərizəsində həmçinin yazıb ki, tələbələrin hər hansı iddiası olarsa, cavab verəcək. Hətta həmin formanı geyinən tələbələri polislər saxlayıb, soruşub ki, formanı hardan əl etmisiz? Sonra həmin tələbələr sərbəst buraxılıb”.

Rektor qeyd edib ki, hazırda Xüsusi Texnika və Texnologiya fakültəsinin dekanı vəzifəsinin icrası əvvəllər magistratura şöbəsində çalışmış Elçin Rzayevə tapşırılıb. V.Vəliyev vurğulayıb ki, eyni zamanda AzTU-nun Tədris hissəsinin müdiri İmran Yolçuyev səriştəsiz fəaliyyətinə və işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib. Onun yerinə isə pedaqogika üzrə fəlsəfə doktoru Qəmər İsayeva təyin olunub.(Report)

Məqalədə : AzTU 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əfqanıstanda bombalı hücum baş verib

26

Fevral
18:10
DÜNYA
211

Azərbaycan balı ucuzlaşacaq

26

Fevral
17:35
İQTİSADİYYAT
382

Fevralın 27-nə manatın məzənnəsi

26

Fevral
17:30
İQTİSADİYYAT
250

Adam öldürüb 25 il gizləndi

26

Fevral
16:57
DÜNYA
347

Masallı rayonunda dəhşətli qətl hadisəsi baş verib

26

Fevral
16:10
HÜQUQ,HADİSƏ
2064

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

26

Fevral
15:11
İQTİSADİYYAT
429
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-02-2020 06:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru