Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Yanvar

2020
11:54
Ötən il Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait 10 milyon manatdan çox artıb

Ötən il Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

2019-cu ildə fonda manatla toplanan vəsaitin həcmi 10 milyon 441 min 835,09 manat artıb. 

Belə ki, ötən ilin yanvarın əvvəlindək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği 96.449.530,00 manat təşkil edibsə, 2020-ci ilin yanvarın 8-də bu məbləğ 106.891.365,09 manata çatıb. Bu isə 10,8% artım deməkdir. 

Ötən il ərzində Silahlı Qüvvələrə Yardım Fonduna avro ilə  daxil olan vəsait 2 min 430 avro artıb. Bu dövr ərzində fonda toplanan dollar və rubl vəsaitində dəyişiklik olmayıb.

Qeyd edək ki, cari il yanvarın 8-dək fonda ümumilikdə 106.891.365,09 AZN, 213.577.88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait toplanıb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycanın etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Məqalədə : Silahlı Qüvvələr 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kirayə mənzillərə qeydiyyat başladı

28

Fevral
14:30
ÖLKƏ
176

Vilayət Eyvazov mayoru rəis təyin etdi

28

Fevral
11:38
HÜQUQ,HADİSƏ
334

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb

28

Fevral
10:28
ELM / TƏHSİL
349

Azərbaycan nefti 3 dollara yaxın ucuzlaşıb

28

Fevral
09:47
İQTİSADİYYAT
396
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-02-2020 15:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru