Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Yanvar

2020
13:41
Orduda hərbi xidmətin nüfuzunun yüksəldilməsi üçün tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2020-2023-cü illər üçün “Cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Azərbaycan Ordusunda hərbi xidmətin nüfuzunun yüksəldilməsi üzrə” birgə tədbirlər planını imzalayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, planda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan Ordusunun formalaşmasında tarixi fəaliyyətinin və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzda həyata keçirilən islahatların təbliği, hərbi xidmətin nüfuzunun yüksəldilməsi istiqamətində gənc nəsil arasında hərbi vətənpərvərlik ruhunda kütləvi tədbirlərin, gənclərin milli dəyərlərə, tarixi ənənələrə bağlılığını daha da artırmaq məqsədilə tarixi yerlərə gəzintilərin, tarixi günlərə həsr olunan “dəyirmi masa”ların təşkili, maarifləndirmə və təbliğat işlərinin aparılması və digər məsələlər nəzərdə tutulub.

Planlaşdırılan tədbirlərin vaxtında və yüksək səviyyədə həyata keçirilməsinin təmin edilməsi məqsədilə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyulub.

Məqalədə : Müdafiə Nazirliyi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3452

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2001

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1765
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 12:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru