Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Yanvar

2020
16:13
Qatarın vurduğu təcili tibbi yardım maşınının sürücüsü qanunu pozubmuş

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Qala stansiyasında yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

FaktXəbər-in “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovaya istinadən veridiyi məlumata görə, bu gün saat 03:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin Qala stansiyasında yol-nəqliyyat hadisəsi baş verib.

Mais Mustafa oğlu Kərimovun idarə etdiyi 90-JB-417 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Bu zaman nəqliyat vasitəsi yolla hərəkət edən lokomotivlə toqquşub. Hadisə nəticəsində təcili tibbi yardım maşınının sürücüsü Mais Kərimov, həkim Zərifə Məmməd qızı Süleymanova, feldşer Bayram Kamal oğlu Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Təcili tibbi yardım maşınına da ziyan dəyib. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub.

İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının sürücüsü “Yol hərəkəti haqqında Qanun”un 44-cü maddəsinin tələblərini pozub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DYP-nin “Ekologiya postu" sökülür

01

İyun
10:15
NƏQLİYYAT
245

Atəşkəs rejimi 23 dəfə pozulub

01

İyun
09:23
HƏRB
250

Ağsuda 1 ton çətənə kolu yandırılıb

01

İyun
09:14
HÜQUQ,HADİSƏ
225
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-06-2020 12:24





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru