Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Dekabr

2019
15:53
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillə təmin edildi

Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillə təmin edildi 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilini Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış mənzillərlə təmin edib.

Nazirlikdən bildirilib ki, mənzillə təmin edilən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ölkəmizdə sosial sahədə atılan mühüm addımlara, onların sosial müdafiəsinin gücləndirilməsinə, bu gün isə yeni mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Mənzillərin təqdim edilməsi zamanı vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilən mənzillərin, fərdi evlərin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artırılır. 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil və fərdi ev təqdim edilib.

2019-cu ildə isə bundan 50 faiz çox olmaqla, 934 mənzil şəhid ailələrinə və müharibə əlillərinə verilib.

İndiyədək isə nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edilib.

Məqalədə : mənzil 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Kuba Kastrosuz qaldı

17

Aprel
12:54
DÜNYA
568

Azərbaycan nefti bahalaşıb

17

Aprel
11:32
BÖLMƏNİ DÜZ SEÇ!
430

Ramazan ayının 4-cü gününün duası - AUDİO

16

Aprel
20:00
MƏNƏVİYYAT
520

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Aprel
15:13
İQTİSADİYYAT
532
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-04-2021 06:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru