Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyun

2012
09:52
DÜNƏN DƏNİZDƏ 4 BATMA HADİSƏSİ QEYDƏ ALINIB
Onlardan biri ölümlə nəticələnib

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə, 1985-ci il təvəllüdlü 1 nəfər Abşeron rayonu ərazisində dənizdə   (“Novxanı” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Daha iki hadisə isə Xəzər rayonu ərazisində qeydə alınıb. “Zaqulba-3” və “Zaqulba-1” sularda xilasetmə məntəqəsinin ərazisində dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 1989 və 1997-ci il təvəllüdlü 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Şabran rayonu ərazisində baş verən batma hadisəsi isə ölümlə nəticələnib. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat növbətçisinə daxil olan məlumata görə, Şabran rayonu ərazisində dənizdə (“Böyük Həmiyyə” sularda xilasetmə postundan 500-600 m aralıda, nəzarətsiz ərazidə) 1990-cı il təvəllüdlü Məmmədov Araz Ağaməhəmməd oğlu çimərkən batıb. Hadisə yerinə nazirliyin sularda xilasetmə xidmətinin “Böyük Həmiyyə” SXP-un dalğıc-xilasediciləri cəlb olunub. Hazırda həmin şəxsin cəsədinin axtarışları üzrə əməliyyat davam etdirilir.

Nicat

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4503

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3608

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5316

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5359

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6591

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5076
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 16:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru