Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Dekabr

2019
10:01
Suriyada döyüşən Azərbaycan vətəndaşının məhkəməsi başlayır

Xarici ölkələrdə cinayətkar birlikdə və qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Süleymanov Telman Çərkəz oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rahib Salmanovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçirləcək.

Qeyd edək ki, T.Süleymanov Azərbaycan vətəndaşlarının radikal dini ideyaların təsiri altında terror təşkilatlarına və bu təşkilatlar tərəfindən ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb edilmələrinə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kompleks mübarizə tədbirləri çərçivəsində saxlanılıb.

Azərbaycan Cinayət Məcəlləsinin 218.2 (cinayətkar birlikdə iştirak etmə) və 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etmə) maddələri ilə aparılan cinayət təqibi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Abu İbrahim Dağıstani” dini ləqəbi ilə beynəlxalq terror təşkilatlarında partlayıcı qurğular üzrə mütəxəssis kimi fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu 2003-cü ildə qeyri-leqal yollarla Əfqanıstan ərazisinə keçib və oradakı qanunsuz silahlı birləşmələrə qoşulub.

Bəhram Güləliyev barəsində başlanılan cinayət işi üzrə beynəlxalq axtarış tədbirləri çərçivəsində, sonuncu Pakistanda saxlanılaraq 2019-cu ilin oktyabr ayında Azərbaycana ekstradisiya edilib.

Müəyyən olunub ki, Bəhram Güləliyev beynəlxalq terror təşkilatlarını kimyəvi maddələrdən istifadə etməklə hazırladığı partlayıcı qurğularla təchiz edib, əcnəbilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibində partlayıcı qurğuların hazırlanması üzrə təlimlər aparıb, eləcə də Azərbaycan Respublikasının vətəndaşlarını həmin silahlı münaqişələrə cəlb edib.

Davam edən araşdırmalarla Əfqanıstan və Pakistanın sərhəd bölgələrində terror təlimlərində və silahlı münaqişələrdə iştirak edən, daha sonra tərkibində olduğu dəstənin digər üzvləri ilə birlikdə Suriya ərazisinə keçərək orada dini düşmənçilik zəminində aparılan döyüşlərdə iştirak edən Azərbaycan Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Süleymanov Telman Çərkəz oğlu, habelə onunla eyni vaxtda həmin terror qruplaşmalarının tərkibində Suriyanın Atma və digər şəhərlərində silahlı münaqişələrdə iştirak edən Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü Qasımov Elçin Tofiq oğlu ifşa olunaraq saxlanılıblar.

Həmçinin beynəlxalq terror təşkilatlarına qoşulduğuna görə hazırda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmiş, 1982-ci il təvəllüdlü Abbasov Rasi Yaşar oğlunun 2014-cü ilin sentyabr ayında ölkə ərazisini tərk edərək Türkiyəyə, oradan isə xüsusi bələdçilər vasitəsilə qanunsuz yolla Suriya ərazisinə keçərək terror təşkilatına daxil olduğu, həmin cinayətkar birliyin tərkibində Suriyanın Cerablus, Rakka və digər şəhərlərində dini düşmənçilik zəminində aparılan silahlı münaqişələrdə iştirakı müəyyən edilib.

Bəhram Güləliyev, Telman Süleymanov, Elçin Qasımov və Rasi Abbasov cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

T.Süleymanovun cinayət işi digərlərindən ayrılaraq istintaqı aparılıb. 

Məqalədə : məhkəmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əfqanıstanda bombalı hücum baş verib

26

Fevral
18:10
DÜNYA
164

Azərbaycan balı ucuzlaşacaq

26

Fevral
17:35
İQTİSADİYYAT
305

Fevralın 27-nə manatın məzənnəsi

26

Fevral
17:30
İQTİSADİYYAT
176

Adam öldürüb 25 il gizləndi

26

Fevral
16:57
DÜNYA
288

Dünyanın ən populyar smartfonunun adı açıqlandı

26

Fevral
15:11
İQTİSADİYYAT
373
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 20:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru