Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Dekabr

2019
12:30
Azərbaycanda qatar qəzalarının qarşısı belə alınacaq

Azərbaycanda qatar qəzalarının qarşısı belə alınacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-də qatarlara ilk dəfə olaraq GPS sistemi quraşdırılacaq.

Bunu QSC-nin İnnovasiyaların təhlili və tətbiqi şöbəsinin rəisi Nəriman Nağıyev bildirib.

Onun sözlərinə görə, quraşdırılacaq sistem vasitəsilə maşinistə xəbərdarlıq olunacaq:

“Qatar hərəkətdə olan zaman qarşıda maneə, təhlükə olarsa, sistem vasitəsilə hərəkət sürətinə nəzarət olunacaq və mühərrikin işini məsafədən dayandırmaq imkanımız olacaq.

Məsələn, qatar sürətli hərəkət edir, qəfil şəkildə qarşıya maşın və digər maneə çıxır, sürət azalana kimi arıtq problem yaranır. GPS sistemi vasitəsilə bunlara nəzarət olunacaq. Bu proses 2020-ci ildə mərhələli şəkildə həyata keçiriləcək”.

QSC rəsmisi bildirib ki, Bakı-Astara dəmir yolu xətti ilə bağlı layihədə yolların əsaslı təmiri və elektrikləşdirilməsi yer alır:

“Bakıdan Astaraya qədər olan dəmir yolu xəttinin 243 km-lik hissəsi yenidən qurulacaq.  Bu zaman birxətli yolun ikixətli edilməsi, elektrikləşdirilməsi və işarə vermə rabitə sisteminin quraşdırılması planlaşdırılır. Bu işlər çərçivəsində torpaqların alınması prosesi ilin sonuna qədər yekunlaşdırılacaq”.(oxu.az)

Məqalədə : qatar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

MSK müraciətləri araşdırır

24

Fevral
16:31
ÖLKƏ
224

Nazirlər Kabinetinin rəsmi saytının adı dəyişib

24

Fevral
14:15
BÖLMƏNİ DÜZ SEÇ!
276

Sabah hava yağmursuz olacaq

24

Fevral
13:08
ÖLKƏ
248

Başı hərlənən qız ölümdən döndü - VİDEO

24

Fevral
13:06
HÜQUQ,HADİSƏ
1188
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-02-2020 21:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru