Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2019
10:50
Həbs olunduğu deyilən Əli Həsənov: “Avropadayam”

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov həbs olunması ilə bağlı xəbərlərə aydınlıq gətirib. 

Ə.Həsənov ölkədən çıxmaq istəyərkən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılması ilə bağlı informasiyaları təkzib edərək Avropada olduğunu bildirib.

Qeyd edək ki, dekabrın 27-də sosial şəbəkələrdə sabiq köməkçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb. 

Ə.Həsənvo qeyd edib ki, deyilənlər şaiyədir:

“Məni niyə saxlamalıdırlar? Nəyə görə? Buna inanırsınız? Mən 25 il bu ölkənin siyasi münasibətlərinin içində olan və aparıcı şəxslərdən biri olmuşam. Hazırda Avropa ölkələrindən birindəyəm və ürək müayinəsi üçün bura gəlmişəm”.

Onun sözlərinə görə, sosial şəbəkədə özü ilə bağlı yazılanları oxuyub və bu şaiyələrə inanmamağa məsləhət görüb. Ə.Həsənov qeyd edib ki, bundan əvvəl də Avropa ölkələrindən birində əməliyyat keçirib. Ancaq sabiq siyasi xadim əlavə edib ki, Yeni ilə kimi qayıdacaq. (Oxu.Az )

Məqalədə : Əli Həsənov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
338

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
301

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
465

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
344

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
332
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 13:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru