Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Dekabr

2019
18:00
İcbari tibbi sığortanın ərazi vahidləri üzrə tətbiqi ardıcıllığını təsdiqlənib

Nazirlər Kabineti “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” qərar verib.

FaktXəbər-in Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, qərar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilən son dəyişikliklərə əsasən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə mərhələli şəkildə tətbiq olunması nəzərdə tutulub. Nazirlər Kabinetinin müvafiq Qərarı həmin mərhələləri müəyyən edir və ölkənin şəhər və rayonlarında icbari tibbi sığortaya keçidin konkret müddətlərini dəqiqləşdirir. Qərarda bu prosesin aşağıdakı göstərilən 4 mərhələdə aparılması və 2020-ci ildə tamamlanması nəzərdə tutulub:

1.     2020-ci ilin yanvar – mart aylarında Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında (əhali sayı 2,234,800 nəfər); 

2.     2020-ci ilin aprel – iyun aylarında Gəncə, Naftalan və Xankəndi şəhərlərində, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarında (əhali sayı 2,113,400 nəfər); 

3.     2020-ci ilin iyul – sentyabr aylarında Şirvan şəhərində, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında (əhali sayı 1,844,100 nəfər);

4.     2020-ci ilin oktyabr – dekabr aylarında Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda (əhali sayı 2,833,200 nəfər).

İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə mərhələli qaydada tətbiqi vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin, ambulator və stasionar, o cümlədən dəyəri yüksək olan həyati vacib tibbi xidmətlərin göstərilməsinin daha effektiv tənzimlənməsini və ölkənin icbari tibbi sığortaya tam hazırlıqlı olmasını təmin edəcək.

Məqalədə : İcbari tibbi sığorta 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
338

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
301

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
466

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
344

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
332
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-02-2020 13:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru