Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2019
11:43
Övladlığagötürmə sahəsində ƏƏSMN-ə yeni səlahiyyətlər verilib

Övladlığagötürmə sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 23 dekabr 2019-cu il tarixində imzalanan Fərmanlar Ailə və Mülki Prosessual Məcəllələrinə dəyişikliklə bağlı müvafiq qanunlarının tətbiqi ilə bağlı bir sıra məsələləri tənzimləyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” 23 dekabr 2019-cu il tarixli Fərmanla övladlığagötürmə sahəsində daha bir sıra yeni səlahiyyətlərin həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Onların sırasına övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi, müsahibələrin, təlimlərin keçirilməsi, müəssisədə uşaqla övladlığa götürmək istəyən şəxslərin görüşünün təşkili, uşağın sınaq müddətində övladlığa götürmək istəyən şəxslərin evində yerləşdirilməsi barədə qərar qəbul edilməsi daxildir.

Fərmanla, həmçinin, valideyn himayəsindən məhrum olmuş uşaqları aşkar edən və bu cür uşaqlar haqqında məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindəki “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemə daxil edən müvafiq icra hakimiyyəti orqanlarının siyahısı müəyyən edilib. Siyahıya Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları daxildir.

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 22 yanvar tarixli Fərmanında dəyişiklik edilməsi barədə” Fərmanda isə məhkəməyə övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğu haqqında rəyin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Eyni zamanda, övladlığa götürənlərin maddi-məişət şəraitinin yoxlanılması səlahiyyəti də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

Məqalədə : Övladlığagötürmə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
42605

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
40970

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42507

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42009

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47532

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
41965

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42351
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2020 01:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru