
Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Mətanət Tofiq qızı Hüseynzadə vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün işdən çıxarılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkimin təşkilati-metodik işlər üzrə müavini Mətanət Tofiq qızı Hüseynzadənin "qeyri-etik davranışı ilə qeyri-maddi üstünlük müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə" tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması və intizam məsuliyyətinə cəlb olunması barədə təqdimat göndərilib.
Təqdimat Səhiyyə Nazirliyində, o cümlədən Tərtər Rayon Mərkəzi Xəstəxanasının Tibbi Şurasında müzakirə edilib. Həqiqətən də Mətanət Hüseynzadə tərəfindən tutduğu vəzifə ilə bir araya sığmayan hərəkətlərə yol verərək tibb işçilərinin etik davranış qaydalarının kobud şəkildə pozduğu müəyyən edilib.
Bunlardan əvvəl də M.Hüseynzadə barəsində tədbir görülüb. Belə ki, bu ilin avqust ayında Tərtər rayon polis şöbəsindən daxil olan təqdimat əsasında etik davranış qaydalarını pozduğuna görə ona töhmət verilib. Amma M.Hüseynzadə bundan nəticə çıxarmayıb, tutduğu vəzifədən sui-istifadə edərək təkrar nöqsanlara, qanun pozuntularına yol verib. Buna görə də M.Hüseynzadə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən bu gündən-dekabrın 26-dan tutduğu vəzifədən azad edilib və onunla bağlanan əmək müqaviləsinə xitam verilib.
Xatırladaq ki, Mətanət Hüseynzadə Ucar rayonu, Alpout kənd sakini, Qarabağ müharibəsi veteranı Qaraoğlan Kərimovdan 3600 manat alaraq ona Qarabağ müharibəsi əlili statusunu almaqda kömək edəcəyini vəd edib. Q.Kərmov bildirib ki, döyüşlərdə yaralansa da, əlillik almayıb. Buna görə yaxın tanışı ilə xəstəxanaya müraciət edib. Hüseynzadə xəstəlik epikriz sənədi üçün 500, əlillik almaq üçün isə 3100 manat istəyib.Şikayətçi əlavə edib ki, həkimin 500 manat müqabilində verdiyi xəstəlik kağızı saxta olub.
"Mən kasıb adamam heç bir yerdə işləmirəm himayəmdə 4 azyaşlı uşağım var. Həmin pulu qardaşımdan və qohumumdan borc alıb Mətanət həkimə vermişəm. Yeganə gəlirim ancaq Qarabağ müharibəsi veteranlığına görə aldığım 80 manat təqaüddür. İmkansızlıqdan uşaqlarım bu il məktəbə gedə bilməyəcək. Onlara məktəbli forması, məktəb ləvazimatı ala bilməmişəm.
Hətta mesajlarında da bunu açıqca yazır və səslə deyir. Ucar rayon hərbi komissarlğından 3 dəfə Mətanət Hüseynzadəyə teleqram vurulub ki, sənədləri təqdim etsin. Sonradan mənə bildirdilər ki, Mətanət Hüseynzadə belə dələduzluq you ilə çoxlu sayda insanları aldadıb pullarını alıb", - Qaraoğlan Kərimovun sosial şəbəkələrdə yayılan müraciətində belə deyilirdi.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi