Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Dekabr

2019
22:16
Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq müzakirə olunub

Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri diqqət mərkəzindədir.

BAKU.WS-in məlumatına görə, bu fikirlər Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin Türkiyəyə səfəri ilə əlaqədar nazirliyin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, səfər çərçivəsində Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar ilə görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Tərəflər, eyni zamanda, Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər. Söhbət zamanı üçtərəfli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İ.Qaribaşvili Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə Türkiyə hökumətinə minnətdarlığını bildirib. O, Türkiyə tərəfinə Gürcüstanda müdafiə sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib.

Bildirilib ki, Türkiyə hökuməti Gürcüstanın Müdafiə Nazirliyinə 100 milyon türk lirəsi (təqribən 17 milyon dollar) məbləğində qrant ayırıb. İrakli Qaribaşvili və Hulusi Akar bununla bağlı saziş imzalayıblar.

Sənədə əsasən, vəsait Gürcüstanın müdafiə sahəsində maddi-texniki bazasının gücləndirilməsinə sərf olunacaq.

Səfər çərçivəsində Gürcüstanın Müdafiə naziri və nümayəndə heyətinin üzvləri Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarı ziyarət ediblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4324

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2965

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2411

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2025
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-04-2020 19:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru